Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


31.05.2023  13:44 

Ayrılan pullar mənasızdır - Deputat





A+  A-

“Büdcədən işsizliyin aradan qaldırılması üçün ayrılan pullar mənasızdır. İşsizliyin aradan qaldırılması üçün sahibkarlıq inkişaf etdirilməlidir”.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, dövlət xətti ilə iş yerlərinin açılması problemi həll etmir: “Biz gördük ki, suvarmadan kənd təsərrüfatı sahələrinə qədər dövlətin vəsait qoyduğu hər şirkət bağlanmaqdadır. Sahibkarlıq, özəl sektor inkişaf etdirilməlidir. Büdcədə yerli özünüidarəetmənin payı yoxdur”.

Deputat təhsil sahəsində də problemlərə toxunub: “1000 yerlik məktəbdə 1500-2000 nəfər şagird təhsil alır. Layihə qəbul olunsa da, məktəblərdə bunun icrası ləngidilir. Digər tərəfdən, narkomaniyaya qarşı mübarizə üçün ayrı proqram hazırlanmalı, yüksək səviyyədə vəsait ayrılmalıdır. Bu sahədə ölkədə faciəvi vəziyyət yaranıb. Həbsxanada olan məhkumların böyük əksəriyyəti narkotik cinayətləri üzrə tutulanlardır. Onlar həbsxanada da problemlər yaradır”. /APA

Xəbər 2557 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +