Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq
Bu küçə tamamilə piyadalar üçün olacaq
“Yango“ ilə yemək sifarişi baha başa gəldi
Azərbaycan kimdən təhlükə gözləyir?
Bu nəticələr adamı dəhşətə gətirir - Sabiq deputat
Kremldə əsl ağa kimdir: Putin yoxsa Lavrov?


04.07.2022  11:51 

Niyə yuxularıma heç gəlmirsən?





A+  A-

O gün çox böyük bir ümidlə yanına gəlirdim. Mənim o gün sənin üçün planlarım tamamilə başqa idi. Görüşəcəkdik, qucaqlayacaqdım, öpəcəkdim səni…

Məni qarşılamağa kimin gələcəyini dəqiqləşdirmək üçün etdiyim zəngdə öldüyünü öyrəndim… O an yaşadığım hissi ifadə etmək çətindir, çox çətin… Hiss edilən hər şeyə cümlə qurmaq olmur və mən də bu hissə cümlə qurmaqda acizəm… sənin yanına gəlmək üçün gəldiyim yolun necə keçdiyi barəsində danışmaq belə istəmirəm.

Məni bu dəfə hava limanında sən qarışlamadın. İlk ağrını dərindən o an hiss etdim. Sən yox idin qarşımda və bir də olmayacaqdın…

Yol boyu səni soruşdum. Ağlımda səninlə bağlı o qədər sual var idi ki… Ağlım sadəcə sənə məhkum olmuşdu. O gün yollar da bitmək bilmirdi. Hələ Lənkəran yolu məni gözləyirdi. Sənə qovuşmamağım üçün sanki hər kəs əlbir olmuşdu. O yol bitdi və nəhayət, mən səni gördüm…

Son görüşümüz çox qısa oldu, 1-2 dəqiqə çəkdi. Son dəfə səni öpüb qucaqladım. Son dəfə icazə vermədilər üzünü görüm. Dedilər ki, günahdır. Namaz qıldılar, yanına gəlmək istədim, yenə dedilər, olmaz ayıbdır.

Mən sənə hər yaxınlaşmağa çalışdığımda, səni məndən uzaqlaşdırdılar. Ondan sonrasını xatırlamıram, çünki ondan sonrası böyük bir boşluqdu.

O günün sonu çox xoşbəxt idim. Demişdilər ki, atanı yuxunda görəcəksən. Uşaq kimi inandım buna. Tez yatmağa çalışırdım ki, səni görüm. Amma nə o gün, nə də ondan sonraki günlər yuxularıma qonaq olmadın.

Başqalarının yuxularına qonaq olduğunu eşidirəm. Açığını desəm, bunu eşitmək məni çox incidir.

Niyə yuxularıma heç gəlmirsən? Hər fürsətdə yatmağa çalışıram ki, səni yuxumda görüm. Sən isə məndən başqa hər kəsin yuxularına qonaq olursan. Bəlkə incimisən məndən, yanına gələ bilmədim deyə? Açığını deyim, buna görə mən də özümdən çox inciyirəm. Haqlı olduğun üçün bir şey deməyəcəm. Əgər incitmişəmsə səndən çox üzr istəyirəm.

İstəməzdim belə görüşək…

Səsini eşitməyə və səni görməyə hər kəsdən çox ehtiyacım var, nolar yuxularıma gəl…

Arzu Qadirqızı

Xəbər 3089 dəfə oxunub.




22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +