Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq
Bu küçə tamamilə piyadalar üçün olacaq
“Yango“ ilə yemək sifarişi baha başa gəldi
Azərbaycan kimdən təhlükə gözləyir?
Bu nəticələr adamı dəhşətə gətirir - Sabiq deputat
Kremldə əsl ağa kimdir: Putin yoxsa Lavrov?


17.04.2022  11:03 

Müəllimə niyə qətlə yetirilib? - Təfərrüat





A+  A-

Zaqatalada baş verən qətlin bəzi təffəruatları məlum olub.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, əri tərəfindən qətlə yetirilən Xavər Həsənova yaşadığı Yuxarı Çardaqlar kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyib.

Qətli törədən Qılman Həsənov isə uzun müddət qonşu Rusiyada işləyib və bir müddət əvvəl Rusiyadan qayıtdığı bildirilir. Ailənin bir qız, bir oğlan olmaqla azyaşlı iki övladı var.

Hadisə baş verən zaman uşaqlar ata babasıgildə olublar. Hadisənin ailə münaqişəsi zəmnində baş verdiyi bildirilir.

Meyitlər müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Qeyd edək ki, kənd sakini 37 yaşlı Qılman Qurban oğlu Həsənov münaqişə zəmnində kəsici alətlə həyat yoldaşı 37 yaşlı Xavər Şamil qızı Həsənovanın boğaz nahiyəsini kəsərək qətlə yetirib. Daha sonra Qılman Həsənov özünün boğaz nəhiyəsini kəsərək intihar edib.

Xəbər 3329 dəfə oxunub.



22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +