Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


20.03.2021  10:48 

Myanmada 200-dən çox etirazçı öldürülüb - BMT





A+  A-

Myanmada fevralın 1-dən etibarən etirazların dağıdılması zamanı azı 211 nəfər öldürülüb.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar koordinatoru Endrü Kirkvud brifinqdə bildirib.

“Sərəncamımıza daxil olan məlumata görə, son yeddi həftə ərzində azı 211 nəfər qətlə yetirilib”, - Kirkvud deyib.

Onun sözlərinə görə, qurbanların sayı arta bilər. Kirkvud əlavə edib ki, qurbanların arasında azı 15 uşaq var.

O deyib ki, BMT-nin məlumatına görə, ölkədəki hərbi çevrilişə qarşı etiraz aksiyalarında azı 2,4 min nəfər saxlanılıb.

Təşkilatın nümayəndəsi qeyd edib ki, onların bir çoxu haqqında heç bir məlumat yoxdur, saxlanılan şəxslərin bir qismi seksual zorakılığa məruz qalıb.

Xatırladaq ki, fevralın 1-də Myanma ordusu birillik fövqəladə vəziyyət elan edərək Prezident Vin Myin və dövlət müşaviri Aun San Su Çjin başda olmaqla, ölkə rəhbərliyini vəzifədən kənarlaşdırıb. Onlar bunu 2020-ci ilin noyabrında keçirilmiş seçkilərdə irimiqyaslı saxtakarlıqlarla izah ediblər.

Xəbər 2938 dəfə oxunub.



22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +