Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


27.08.2018  11:27 

Azərbaycanda otel sahibi həbs olundu - 6 milyon dollar borcu var





A+  A-

Azərbaycanda otel rəhbəri 6 milyon dollarlıq borca görə həbs edilib.
XəzərNews.az "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Abşeron rayonunda yerləşən "Neapol" otelinin sahibi Şükür Əhmədov "AccesBank"ın şikayəti əsasında saxlanılıb.

Onunla bağlı iş Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində araşdırılır.
Ş.Əhmədov 2013-cü ildə "AccesBank"dan 5 milyon dollar kredit götürüb və bir müddət qaydasında ödəniş edib. O, kreditdən 2,5 milyon dollar ödədikdən sonra manatın iki dəfə devalvasiyası onun ödənişlərinə problem yaradıb.
Kreditin qaytarılmasının gecikməsi işin mülki qaydada məhkəmədə həllinə gətirib çıxarıb. "AccesBank"ın şikayəti əsasında mülki iş üzrə Abşeron Rayon Məhkəməsində "Neapol"un sahibi Şükür Əhmədova qarşı iddia qaldırılıb və hazırda proses davam edir.

Məhkəmə prosesi gedişatında bank cinayət işi ilə bağlı da şikayət edib. Kredit müqaviləsində təyinatı müəyyənləşdirilməyib, kredit borcu isə təminatlı olub. Ş.Əkbərov kredit götürərkən dəyəri təxminən 20 milyon dollar qiymətləndirilən otelini girov kimi qoyub.

Ş. Əkbərovun indi banka borcu 4 milyon dollardır, bank həmçinin dəbbə (ödənişin gecikməsinə görə cərimə) pulu kimi təxminən 2 milyon da tələb edib.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin araşdırmasından sonra Ş.Əkbərova qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 195-ci ( krediti təyinatı üzrə xərcləməmə) maddəsi ilə ittiham irəli sürülüb.

Müstəntiqin vəsatəti əsasında avqustun 24-də Ş. Əkbərov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, istintaq təcridxanasına köçürülüb.

Xəbər 3488 dəfə oxunub.




22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +