Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq
Bu küçə tamamilə piyadalar üçün olacaq
“Yango“ ilə yemək sifarişi baha başa gəldi
Azərbaycan kimdən təhlükə gözləyir?
Bu nəticələr adamı dəhşətə gətirir - Sabiq deputat
Kremldə əsl ağa kimdir: Putin yoxsa Lavrov?


15.02.2017  18:15 

"Qafqaz"ın tələbələri sabahdan yeni universitetdə oxuyacaqlar





A+  A-

 

"Sabahdan Qafqaz Universitetinin tələbələri yeni yaradılan Bakı Mühəndislik Universitetinin tələbələri kimi tədrislərini davam etdirəcəklər".

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, Qafqaz Universitetində yaradılan Ləğvetmə komissiyasının rəyi ilə təhvil-təslim prosesi dünən tam başa çatıb: “Ləğvetmə komissiyası artıq işini başa çatdırıb. Bütün müvafiq sənədlər Bakı Mühəndislik Universitetinə təhvil verilib. Sabahdan da Qafqaz Universitetinin tələbələri Bakı Mühəndislik Universitetində tədrisə - II semestrə başlayacaqlar”.

C.Valehov 2016/2017-ci tədris ili üzrə qış imtahan sessiyalarının nəticələri barədə də məlumat verib. Hazırda ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının nəticələri, qarşıya çıxan hər hansı problemlərlə bağlı ümumiləşdirmələrin aparıldığını deyən nazirlik rəsmisinin sözlərinə görə, təhlillər aparıldıqdan sonra ayrı-ayrı təhsil müəssisələrinin nəticələri Təhsil Nazirliyinin müvafiq şöbəsinə təqdim olunacaq: “Qış imtahan sessiyasının təşkili ilə bağlı təhsil naziri Mikayıl Cabbarovun əmri olub və buna müvafiq olaraq ictimaiyyət nümayəndələri, media kapitanları, millət vəkilləri imtahanları izləyiblər. İmtahan sessiyasında onların iştirak etməsi bu prosesin şəffaflığına işarədir. Nazirliyin “Qaynar xətt”inə daxil olan müraciətlər də təhlil edilir, ümumiləşdirilir. Son illər əvvəlki illərlə müqayisədə ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyası dövründə neqativ hallar, qeyri-qanuni ödənişlərin olması ilə bağlı müraciətlərin sayı xeyli azalıb və keyfiyyət dəyişiklikləri baş verib”.

(apa.az)



Xəbər 3381 dəfə oxunub.




22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +