İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər
Məktəb direktoru ilə bağlı araşdırma başlanıldı
Rusiyanı yalnız Çin dayandıra bilər - Tramp
Trampın mövqeyi Rusiyada eşidilmir - Zelenski
Bu proses hansı məhsulların qiymətini artıra bilər?
Mən Putinin alovlu döyüşçüsüyəm! - Kadırov
“Formula-1“ başlayır - Bakıda
Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO


04.08.2019  14:26 

Hava meteohəssas insanlarda narahatlıq yaradacaq





A+  A-

Avqustun 5-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, gün ərzində güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-30° isti, Bakıda gecə 22-24° isti, gündüz 27-29° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.

Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25° isti, Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Avqustun 05-də Abşeron yarımadasında güclü xəzri küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-17° isti, gündüz 19-24° isti təşkil edəcək.

Xəbər 3036 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb


BÜTÜN XƏBƏRLƏR +