Məktəb qrant layihələrinə ayrılan milyonları kimlər mənimsəyir?
İstanbulda güclü yanğın baş verib
Azərbaycan hərbi tarixinə AĞIR İTKİ
Adnanın neft fırıldağında gizli şəbəkə və Rusiya amili - Sensasion detallar
Polşa təyyarələri havaya qalxdı...-BU ÖLKƏYƏ GÖRƏ
Papoyan ABŞ-a səfər edəcək
Tramp bu prezidentlərlə ağ evdə görüşəcək
Pezeşkian: Nüvə obyektlərimizi vursalar...
Zelenski “Koreya ssenarisi”nə müraciət edib
Adnan Əhmədzadənin həbsində sensasion detallar üzə çıxdı


27.11.2017  09:06 

80 min azərbaycanlı ABŞ-a köçmək üçün “Greencard” almaq istəyir





A+  A-

Əcnəbilərə ABŞ-da yaşamaq və işləmək izni verən “Greencard” lotoreyası nı almaq üçün son dövrlər Azərbaycan vətəndaşları da canfəşanlıq edirlər. “Greencard”ın qalibi olan şəxs tək və ya ailəsi (həyat yoldaşı və uşaqlar) ilə birgə vətəndaşlığını itirmədən Amerikada daimi yaşamaq, oxumaq və işləmək şansı əldə edir. Bu lotereya ildə yalnız bir dəfə keçirilir və proqrama 11 illik orta məktəb təhsili olan hər kəs müraciət edə bilər. “Greencard” sahibi olan hər kəs Amerika vətəndaşları ilə eyni hüquqa malik olur.
Bu il “Grenncard” üçün qeydiyyat bir neçə gün öncə - 22 noyabrda başa çatıb.

XəzərNews.az bildirir ki, “Greencard Azərbaycan” şirkətindən Modern.az saytına verilən açıqlamada qeyd edilib ki, keçən il lotereyada azərbaycanlıların müraciətlərinin sayı 40-50 min nəfər idisə, builki müraciətlər 70-80 min civarında dəyişir. Azərbaycan üçün ayrılan yer sayı isə təxminən 3500-dir.

“Greencard Azərbaycan”dan verilən məlumata əsasən, hər il Azərbaycandan müraciət edənlərdən təxminən 300-500 nəfər “Greencard” qalibi olur (növbəti il bu rəqəmin 700-800 olması gözlənilir).

“Nəzərə alsaq ki, təxminən, hər 100 nəfərdən yalnız biri “Greencard” qazanır, deməli ayrılan yer üçün müraciət sayı çox azdır. Həmişə olduğu kimi, bu il də müraciət edənlərin əksəriyyəti 18-24 yaş aralığında olan subay gənclərdir”.

Bu il “Greencard” lotereyasına qeydiyyat oktyabrın 18-i start götürüb və noyabrın 22-də tamamlanıb. Müraciətçilər həm sərbəst şəkildə ABŞ-ın rəsmi saytından, həm də birbaşa “Greencard Azerbaijan” saytı (greencard.az) vasitilə lotereyada iştirak edə bilərlər.
“Greencard Azərbaycan” şirkəti noyabrın 20-də qeydiyyatı dayandırıb.
Proqramının nəticələri 15 may 2018-ci il tarixindən başlayaraq elan ediləcək. Qalib olmuş şəxslər 2019-cu ilin oktyabr ayına qədər ABŞ səfirliyindən vizalarını ala biləcəklər.

Qeyd edək ki, 2017-ci il üçün “”Greencard” lotereyasına müraciət ilk olaraq oktyabrın əvvəllərində başlayıb, lakin 1 həftə sonra dövlət saytında texniki problemlər yaranıb və sayt bağlanıb. Sərbəst şəkildə qeydiyyatdan keçən şəxslərin qeydiyyatı ləğv olunub. Və ayrı – ayrılıqda müraciətçilərə bununla bağlı məlumat verilmədiyindən lotereya iştirakçılarının əksəriyyətinin müraciətinin ləğv olunduğundan xəbərləri yoxdur.


Xəbər 2736 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.09.2025  20:32 

Papoyan ABŞ-a səfər edəcək

20.09.2025  19:47 

Tovuzda kişi meyiti TAPILIB

20.09.2025  19:42 

Sabiq direktora HÖKM OXUNDU -FOTO

20.09.2025  19:32 

Goranboyda AİLƏ FACİƏSİ

20.09.2025  19:28 

Daha bir soydaşımız həlak oldu

20.09.2025  18:21 

“Formula 1“də daha biz qəza

20.09.2025  17:38 

Adnan Əhmədzadə həbs EDİLDİ

19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü

19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA


BÜTÜN XƏBƏRLƏR +