“Azərsu” yerini tapmadığı mənzilə 955 manat borc yazıb
Azərbaycanlı mer namizədi oldu
Makron da Vaşinqton Sazişini alqışlayır
Paşinyan Sazişdən yazdı
Röyanın atası vəfat edib
FHN 2 otaqlı evi 63 min manata tikdirir
Vilayət Eyvazov Xaçmazda qəbul keçirəcək
Azərbaycanlı sahibkarları “çimdikləyə“ bilərik - Deputat
Paşinyan Putinlə danışdı
“Azercell” oğurluğa davam edir - Elmi işçi


24.05.2022  10:03 

“Ayağım kəsilib, ağrılardan yerlə sürünürəm...” - Şikayət





A+  A-

“Qaraciyərimdə bərkimə prosesi gedir. Vaxtında qarşısı alınmasa, serroza çevrilmə təhlükəsi var. Böyrəklərimin ağrısından yerlə sürünürəm. Bir ayağım dizdən aşağı kəsilib, bədənim qəlpələrlə doludur, ağrılara dözmək olmur, gücümsə yalnız ağrıkəsicilər almağa yetir”.

XəzərNews.az xəbər verir ki, bunu Meydan TV-yə birinci qrup Qarabağ əlili Nizami İsmayılov deyir.

“Əlilə ev tikməklə, maşın verməklə iş bitmir”

Nizami İsmayılov Astaranın Kələdəhnə kəndində yaşayır. Birinci Qarabağ müharibəsi zamanı Füzulidə gedən döyüşlərdə qranatamyotdan açılan atəş nəticəsində bir ayağını itirib, bədəni qəlpəylə doludur. Onun sözlərinə görə, yaşayış şəraitinin pis olması səhhətini çökdürüb, əlillik təqaüdü isə müalicələrə yetərli deyil:

“Ağrıkəsicilər, sistemlər alıram, qonşuda tibb bacısı var, gəlib iynələri vurur, sistemi qoşur… Effektli müalicələr üçün çoxlu pul olmalıdır, o da yoxdur. Deyirlər, müharibə əlillərinə diqqət olunur, şəxsən mən o diqqəti görmürəm. Dövlət müharibə əlilinə bir ev tikməklə, bir maşın verməklə, pensiya kəsməklə vəzifəsini bitmiş hesab edir, elə deyil… 30 ilə yaxındır ki, dövlətin verdiyi o pensiyanı canıma xərcləyirəm, yenə də sağlığıma qovuşmuram, əksinə, vəziyyətim günbəgün pisləşir”.

“Dövlət məni cəmi bir dəfə müalicə edib”

Nizami İsmayılovun sözlərinə görə, dövlət hesabına vur-tut bir dəfə müalicə olunub:

“Cəmi bir dəfə Bakıda Protez Ortopedik Bərpa Mərkəzində müalicə almışam, vəssalam. Ondan sonra mən dövlətdən pulsuz səhiyyə xidməti görməmişəm, bircə dəfə olsun reabilitasiya üçün hansısa ölkəyə göndərilməmişəm. Dövlətdən nə psixoloji, nə tibbi yardım almışam. Hərdən istəyirəm dərmanları qarışdırıb içim, zəhərlənim, bir də ayılmayım. Yorulmuşam ağrılardan yerlə sürünməkdən…”

Nizami İsmayılov 374 manat pensiya alır. 1996-cı ildə ona dövlət tərəfindən tikilib verilmiş mənzil əlil üçün əlverişsizdir. Təqaüdü isə əlverişli şərait yaratması üçün yetərli deyil:

“Əlil üçün ev tikiblər, gəl ki, hamamından istifadə edə bilmirəm, dediyim kimi, bir ayağım amputasiya olunub, təkcə ayağım deyil, sol tərəfdəki bel sümüyümdə də qəlpələr var deyə, sol qolum fəaliyyətsizdir. Hamamı elə tikiblər ki, əlilliyimə görə şərait yoxdur, gedib tövlədə, tualetdə çimirəm. Ev nəmişlikdir, şəraitsizdir. Ev o qədər bərbad tikilib ki, kimə deyirəm bu evi dövlət tikib verib, heç kim inanmır”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Astara Rayon Şöbəsindən Meydan TV-yə bildirilib ki, Nizami İsmayılov müharibə əlili olaraq dövlətin mənzil, avtomobil imtiyazlarından istifadə edib, hazırda da 1-ci qrup müharibə əlili kimi təqaüd almaqda davam edir. Digər məsələlərə gəlincə, əgər əlil müalicəyə ehtiyac duyursa, bu barədə quruma bildirməlidir.

Xəbər 7367 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.08.2025  18:14 

Azərbaycanlı mer namizədi oldu

11.08.2025  18:02 

Paşinyan Sazişdən yazdı

11.08.2025  17:09 

Röyanın atası vəfat edib

11.08.2025  15:10 

Paşinyan Putinlə danışdı

11.08.2025  14:23 

Vahan Kostanyan Tehrana gedir

11.08.2025  14:22 

Qusarda iki nəfər baltalandı

11.08.2025  12:31 

Məktəbli formaları UCUZLAŞDI


BÜTÜN XƏBƏRLƏR +