“Azərsu” yerini tapmadığı mənzilə 955 manat borc yazıb
Azərbaycanlı mer namizədi oldu
Makron da Vaşinqton Sazişini alqışlayır
Paşinyan Sazişdən yazdı
Röyanın atası vəfat edib
FHN 2 otaqlı evi 63 min manata tikdirir
Vilayət Eyvazov Xaçmazda qəbul keçirəcək
Azərbaycanlı sahibkarları “çimdikləyə“ bilərik - Deputat
Paşinyan Putinlə danışdı
“Azercell” oğurluğa davam edir - Elmi işçi


25.10.2021  14:08 

Bazarlarda meyvələr niyə bahadır?





A+  A-

Son günlərdə bazarlarda meyvələrin qiyməti bahalaşıb. Belə ki, narı 3, almanı 2-yə və ya 5-ə, mandarin və portağalı 2 manata almaq mümkündür.

Nəzərə alsaq ki, vitrinlərdə olan alma, üzüm, nar və digər meyvələr rayonlardan gətirilən yerli məhsullardır, üstəlik topdan satış qiyməti də çox aşağıdır. Bu halda isə qiymətlərin bu qədər baha olması sual doğurur. Necə deyərlər, qəpiklə alınan meyvələr bir neçə manata satılır.

XezerNews.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az -a iqtisadçı-ekspert Akif Nəsirli açıqlama verib.

İqtisadçı bildirib ki, Azərbaycanda meyvə əhalinin tələbatını qarşılayacaq qədər becərilmir:

“Meyvələrin yetişdiyi rayonlarda qiymətin ucuz olması təbii haldır. Çünki şəxs məhsulu bağından yığıb, şəhərə gətirmədən, birbaşa olaraq istədiyi qiymətə yerində satır. Onun üçün məhsulun tez satılması daha önəmlidir.

Bakıda bütün bazarlar demək olar ki, inhisardadır. Məsələn, 1 hektar alma bağı olan kəndli, öz almasını gətirib Bakıda sərbəst şəkildə sata, bazarlara girə bilmir. Ona görə də fərdi şəkildə məhsulunu satmaq istəyənlər ziyana düşür deyə, ucuz qiymətə də olsa meyvələri öz rayonunda satmağa üstünlük verir. Bundan da istifadə edən işbazlar, bazar sahibləri rayonlarda meyvələri su qiymətinə alırlar.

Məsələn, almanı 20-30 qəpiyə alıb, burada 2 manata satırlar. Bazar sahibləri bilir ki, rayonda almanı 30 qəpiyə satan kəndli, onu Bakıya bazara gətirib 2 manata sata bilməz. Ona görə də qiymətləri Bakıda istədikləri formada qaldıra bilirlər.

Bunu aradan qaldırmaq üçün hökumət real yarmarkalar təşkil etməlidir. Rayonlardakı fermerlərlə danışmalıdırlar. Kənd Təsərrüfatı Nazirliyinin 54 rayonda idarəsi var. Bunlar regional idarələrdir. Hər birində də 40-50 nəfər işçi işləyir. Bu məsələləri onlar təşkil etməlidir. Yarmarkalarda fermerin özü olmalıdır.

Biz isə sadəcə o yarmarkanın görüntüsünü yaradırıq. Digər bazarlarda satılmayan malları yığıb gətirirlər ora, guya ki yarmarkadır.

Bazarda 1 manat 50 qəpiyə olan məhsul bu yarmarkada 50 qəpik aşağı satılır. Halbuki həmin yarmarkadakının keyfiyyəti aşağıdır”.

İqtisadçı ekspert vurğulayıb ki, bazar iqtisadiyyatında qiyməti dövlət tənzimləmir:
“Dövlətin tənzimlədiyi qiymətlər o qiymətlərdir ki, onu Tarif Şurası müəyyənləşdirir. Ondan başqa qiymətlər sərbəstdir. Məsələ burasındadır ki, qiymət bazar iqtisadiyyatında özbaşına da deyil. Bazar iqtisadiyyatında qiyməti və keyfiyyəti tənzimləyən əsas amil rəqabətdir. Ona görə də hökumət bütün bazarlarda rəqabəti formalaşdırmalıdır. Rəqabət mühiti yaratmalı, inhisarı müxtəlif formalarla aradan qaldırmalıdır. Azərbaycanda hər şey inhisardadır. Ona görə də qiymətin tənzimlənməsi, sabitləşməsi üçün rəqabət mühiti formalaşmalıdır”.


Xəbər 3164 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.08.2025  18:14 

Azərbaycanlı mer namizədi oldu

11.08.2025  18:02 

Paşinyan Sazişdən yazdı

11.08.2025  17:09 

Röyanın atası vəfat edib

11.08.2025  15:10 

Paşinyan Putinlə danışdı

11.08.2025  14:23 

Vahan Kostanyan Tehrana gedir

11.08.2025  14:22 

Qusarda iki nəfər baltalandı

11.08.2025  12:31 

Məktəbli formaları UCUZLAŞDI


BÜTÜN XƏBƏRLƏR +