İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb
Milli Məclisdə referendum müzakirəsi... - Yeni çağırışlar meydana çıxır
İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər


24.12.2018  12:43 

Bakıda evdən oğurluq edənlər saxlanılıb





A+  A-

Bakıda evdən dəyəri 3000 manat olan televizor və digər məişət əşyaları oğurlayan şəxslər saxlanılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, Sabunçu rayonu Nardaran qəsəbəsi, Bağlar Massivində yerləşən evlərdən birinin pəncərəsi sındırılaraq içəridən naməlum şəxslər tərəfindən dəyəri 3000 manat olan televizor və digər məişət əşyaları oğurlanıb.

Cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Rauf Əliyev, Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Əli Abbasov, Saatlı rayon sakini İlqar İsgəndərov və Sabunçu rayon sakini Fərrux Quliyev saxlanılıb.

Qeyd edək ki, dəstə üzvlərindən biri – R.Əliyev digər cinayətdə təqsirli bilindiyi üçün məhkəmənin qərarı inzibati qaydada həbs olunub. Araşdırma zamanı dəstə üzvlərinin məhz R.Əliyevin təklifi ilə qeyd edilən mənzildən oğurluq etdikləri məlum olub.

Xəbər 2948 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +