DTX və DİN Şuşada ƏMƏLİYYAT keçirdi
BMT bu ölkəyə görə iclas keçirəcək
Samir Şərifov işçi qrupun rəhbəri oldu
Sabiq prezidentin təhlükəsizlik qüvvələri qəza törədib
Nanənin verilişi bağlandı
Ukrayna ordusu Dobropol istiqamətində irəliləyir
Tramp Rusiyanı “təcavüzkar” adlandırdı - İlk dəfə
Sabahın havası: Bakıda buludlu, rayonlarda yağış olacaq
Deputat rektorları tənqid etdi
Azərbaycanın ərazi bütövlüyünü tanıdım ki...-Paşinyan etiraf etdi


22.08.2025  11:34 

“Allah sülh, İran isə müharibə deyir” - Politoloq





A+  A-

“Qurani-Kərim ayələrində, müqəddəs hədislərdə hansısa mübahisədə, gərginlikdə, anlaşılmazlıqda ilk sülh yolunun axtarılması tövsiyə olunur. Sülh və ya dinc danışıqlar yolu effekt vermədiyi halda hərbi əməliyyatlara əl atılmalıdır. İran İslam Respublikası isə indiki inkişaf mərhələsində yalnız müharibəni tanıyır, müharibəyə hazırlaşır. Müharibədən başqa bütün variantları inkar edir”.

Bu barədə açıqlamanı XəzərNews.az-a Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu bildirib ki, İranın silahlanmasının mənşəyi ciddi araşdırılmalıdır:

“İran indi də ABŞ-ın müəyyənləşdirdiyi kursdan kənara çıxa bilmir. İran İslam inqilabı ABŞ-ın yaxından iştirakı ilə reallaşdı. Sonradan İranın İslam inqilabında ABŞ-ın məqsədinin reallaşmasına (İranın) indiki ali rəhbəri maneçilik etdi. Əvvəl müdafiə naziri idi, sonra da prezident oldu və İran hərbçilərini ABŞ-ın tamamilə nəzarətindən çıxardı. ABŞ İranı terrorçu dövlətlər sırasına qoşmaq istiqamətində fəaliyyət göstərdi, buna nail oldu. İndi də həm terrorçuluq, həm də qorxu saçan silah anbarına çevrilib. Hətta kimsə İranın indi davranışını “əlində avtomat olan meymunla” müqayisə edə bilər”.

Politoloq qeyd edib ki, İran qarşılıqlı münasibətlərdə dinc dialoqu tamamilə rədd edən ölkədir:

“İraq Kürdüstanından kimsə ticarət niyyəti ilə Avropa dövlətlərinə səfərlər edirmiş. Bu şəxsi İsrailin agenti elan edir və bu adamdan ötrü bəlkə də 5 dəfə İraq Kürdüstanının ərazisini raket yaylımı zərbələri endirdi. Bu “səbəbciyəzi” çox sonra uydurdu. İraq, İraq Kürdüstanının rəhbərliyi ilə bir dəfə də olsun danışığa getmədi. Öz ərazisində olan kürdlərlə bu mövzuda bir dəfə də olsun danışıq aparmadan ən azı 5 dəfə raket tuşladı.
Pakistan da İslam respublikasıdır. İran heç bir xəbərdarlıq etmədən Pakistanın ərazisinə raket tuşladı. Səbəbi hərb sahəsində özünün Pakistandan üstün olduğunu nümayiş etdirmək idi. Əlbəttə, Pakistan buna imkan vermədi, dərhal SEPAH-a cavab da verdi, hətta Pakistan PUA-ları İranın ərazi bütövlüyünü pozdu. İran heç bir iş edə bilmədi”.

M.Əhmədoğlu bildirib ki, İran Azərbaycanı da mütəmadi olaraq İsraillə, NATO, ABŞ-la əlaqələrinə görə təhdid edir:

“Burada da həllin dinc yolla tapılması variantını rədd edir. Vaxtilə bizim mətbuatda səslənib ki, İranın Azərbaycanın İsraillə əlaqələrinin hərbi komponenti barədə narazılığı varsa, əlində olan bütün sübutları yığıb, BMT-yə və ya İslam Əməkdaşlıq Təşkilatına təqdim edə bilər.

Komissiya yarana və beynəlxalq hüquqa, dinc qonşuluğa söykənən qərar qəbul edilə bilər. Fəaliyyət prinsipi “Güc var, ağıl lazım deyil” olan İrana bunların dəxli yoxdur.
Qurani-Kərimin ayələrini, Həzrəti Peyğəmbərin (s) çağırışlarını, Həzrəti Əlinin (ə) dediklərini belə baş-ayaq oxuyan İran Qərbi inandırmaq istəyir ki, nüvə silahı yaratmayacaq. Çünki ali rəhbər Xamenei fətva verib. Ali rəhbərin fətvasını Qurani- Kərim ayələrindən, Həzrəti Peyğəmbərin (s) çağırışlarından, Həzrəti Əlinin (ə) dediklərindən üstün tuturlar. Məzən olsun, ay İran.

Azərbaycanda və İranda belə bir misal var: “Su səhəngi suda sınar”. İranda başa düşürlər ki, ərazisində olan silah İran üçün təhlükəlidir. Təhlükə olmasaydı, ABŞ İranın bu qədər silahlanmasına imkan verməzdi. ABŞ-ın həmişə İranın bu qədər silahlanmasının qarşısını almaq imkanı olub. Ona görə İran öz vəziyyətini düşünsün, Allaha, müsəlmançılığa, qonşuluğa qayıtsın”.

Xəbər 2367 dəfə oxunub.




15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı

15.09.2025  15:56 

Prezident sərəncam İMZALADI

15.09.2025  14:09 

Deputat rektorları tənqid etdi

15.09.2025  12:50 

TƏBİB-in sistemi çöküb -FOTOLAR

15.09.2025  12:47 

Məhəmməd Mirzəliyə hökm oxundu

15.09.2025  12:37 

Milli Məclisdə iclas keçirilir

15.09.2025  11:14 

Fərid Qayıbov yola salınır?


BÜTÜN XƏBƏRLƏR +