Türkiyə təyyarəsi bu şəhərdə təcili eniş edib
Bu ölkənin səfiri XİN-ə çağrıldı
Braziliya prezidenti Trampı açıq dialoqa çağırıb
Bu ölkədən Polşaya dəstək
Xankəndidə polisə silahlı müqavimət... - Erməni cavab atəşi ilə susdurulub
Ukrayna ordusu ruslara ağır zərbə vurdu
Tanınmış boksçu faciəvi şəkildə öldü -FOTO
ABŞ Cənubi Koreyadan üzr istədi
Rusiya spikeri ciddi ürək problemi yaşayır
İki qatar relsdən çıxıb: Ölənlər var


03.06.2017  18:39 

“Qurtuluş-93“ün sahibinin Ukraynada müflis etdiyi azərbaycanlı iş adamı fəryad edir - Fotolar





A+  A-

Artıq bir neçə aydır Azərbaycan mətbuatında Ukraynada yaşayan iş adamı Nazim Qəzənfərovun şəriki Məhərrəm Novruzov tərəfindən aldadılaraq əmlakının əlindən alınması haqqında məlumatlar yayılır. N.Qəzənfərov Azərbaycan mətbuatı vasitəsi ilə (xüsusən də “Bizim yol” qəzeti) problemi ictimailəşdirərək M.Novruzovun əməlləri barədə hüquq-mühafizə orqanlarının tədbir görməsini xahiş edir.
Bir həftə əvvəl isə N.Qəzənfərov məhz M.Novruzovu himayə edən yüksək ranqlı məmurların mövcudluğuna ehyam vuraraq Azərbaycanda yaşayan ailəsinə (qardaşının həbsi, sonradan buraxılması) qarşı başladılan təziqlərlə bağlı daxili işlər naziri Ramil Usubova müraciət etmişdi.

N.Qəzənfərovun Azərbaycanın daxili işlər nazirinə müraciətindən təşvişə düşən M.Novruzov sahibi olduğu "Qurtuluş-93" Yaşayış Kompleksinin mətbuat katibi Turqay Abbaslı vasitəsi ilə nəzərmedia.az (?!) saytında özünü müdafiə etdirməyə çalışıb.

N.Qəzənfərov isə XəzərNews.az-a göndərdiyi müraciətində M.Novruzovun adından yayılan cavab açıqlamasının həqiqətə uyğun olmadığını söyləyir. N.Qəzənfərovun müraciətini olduğu kimi təqdim edirik:

Hörmətli redaksiya!

Əvvəla, Ukraynanın Lvov şəhərində tikdiyim binanın sökülməsi ilə bağlı M.Novruzovun yaydığı informasiyalar qeyri-dəqiqdir, ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Aşağıda təqdim etdiyim fotolardan da göründüyü kimi bina yerindədir və heç kim tərəfindən sökülməyib. M.Novruzov gördüyünüz bu binanı düz 1 il əvvəl Bakıdakı general dostuna (həmin generalın kimliyini bilirəm, sadəcə etika xatirinə hələlik adını hallandırmağa ehtiyac görmürəm) arxalanıb məni “Azərbaycandakı qohumlarımı həbs etdirmək”, Ukranyada özünə yaxın kriminal aləmin nümayəndələrinin əli ilə öldürəcəyilə hədələyərək digər bir ukranyalı iş adamına satmağa məcbur etmişdir. Satışdan əldə olunan vəsait bilavasitə M.Novruzova çatmışdır. M.Novruzov daha sonra iddia edir ki, sözügedən bina qeyri-qanuni tikilib. Əgər həqiqətən də belədirsə, onda M.Novruzov bu binanı başqa bir iş adamına (həm də ukraynalıya) necə satıb?

İkincisi, M.Novruzov mənə təzyiq məqsədi ilə qardaşımın polis tərəfindən Şabran rayon Polis İdarəsinə, oradan da Bakıya aparılmasını təzkib edir. Yaxşı, M.Novruzov general dostunun köməyi ilə mənə və ailəmə qarşı təzyiqlər göstərməyibsə bütün bunları haradan bilir? Bildiyim qədər ilə M.Novruzov polis orqanlarına çalışmır.

Üçüncüsü, M.Novruzov iddia edir ki, mənim yaxın qohumlarım bu gün də onun obyektlərində çalışır. Əgər belədirsə, buyursun, konkret ad çəksin.

Dördüncüsü, M.Novruzov iddia edir ki, Həcc ziyarətində olub, hansısa qeyri-müəyyən xeyriyyə işləri ilə məşğuldur və s. Əlbəttə, Həcc ziyarəti müqəddəsdir, onu heç kim dana bilməz. Ancaq bir həqiqi Hacı illərlə iş gördüyü, sonradan malını və pulunu qəsb etdiyi şərikini, onun xanımını, övladılarını iyrənc söyüşlərlə söyə bilərmi? M.Novruzovun özümə, ailəmə WhatsApp vasitəsilə etdiyi söyüşləri, təhqirləri, ölüm hədələrini sübut kimi saxlayıram və zamanında onları da həm hüquq-mühafizə orqanlarına, həm də media vasitəsilə Azərbaycan ictimaiyyətinin diqqətinə çatdıracağam.

“Qurtuluş 93”ün kanalizasiya xətti “Duzlu göl”ə axır

Bu arada Nazim Qəzənfərov Lvov şəhəri, Liçakovski küçəsi, 259-da yerləşən binanın kanalizasiya xətti ilə bağlı Məhərrəm Novruzovla aralarında baş verən maraqlı bir dialoqu da xatırladır. N.Qəzənfərov bildirir ki, məlum bina hazır olandan sonra 500 metr məsafədən kanalizasiya xətti çəkməli idik. M.Novruzov bildirdi ki, o qədər pul xərcləyib 500 metr məsafədən kanalizasiya xətti çəkməkdənsə, kanalizasiyanı binanın arxasından keçən qrunt və bulaq sularından yaranmış kiçik çaya qoşaq: “Əlbəttə, mən bunun cinayət olduğunu bildirdim və o mənim sözümə gülərək dedi: “Mən o boyda “Qurtuluş 93”-ün ana kanalizasiya xəttini gizli yolla “Duzlu gölə” qoşmuşam və heç bir problem də yoxdu”. Sözün düzü bu məni şoka saldı. Müalicə əhəmiyyətli “Duz göl”ü çirkaba bulaşdırmağı gələcək nəsillər bizə bağışlamaz. Fikirləşəndə ki, “Duz göl”ün digər tərəfində çox yüksək səviyyəli xörək duzu istehsal olunur, məni dəhşət bürüdü. Yeri gəlmişkən, Azərbaycanın müvafiq dövlət qurumları M.Novruzovun verdiyi bu informasiyanın nə qədər həqiqət olduğunu araşdırmalıdırlar”.

Sonda N.Qəzənfərov bildirir ki, M.Novruzov 3 il əvvəl ona tikdiyi ev, otel, restoranların pulunu vermək əvəzinə sözügedən obyektləri guya keyfiyyətsizdir adı altında rənglətdirir, lazımsız təmirlər etdirir.
Saytımıza daxil olan müraciətdə adi hallanan şəxsllərin mövqeyni də dərc etməyə hazırıq.






Xəzərnews.az


Xəbər 7232 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.09.2025  21:49 

İndoneziyada güclü zəlzələ

14.09.2025  20:59 

Bu ölkədən Polşaya dəstək

14.09.2025  18:35 

Gəncədə bıçaqlanma hadisəsi

14.09.2025  17:26 

Faktiki hava açıqlandı

14.09.2025  17:06 

ABŞ Cənubi Koreyadan üzr istədi

14.09.2025  17:04 

Prezident Şuşakənddə

14.09.2025  16:59 

Xırdalan sular altında qaldı

14.09.2025  16:57 

Hindistanda güclü ZƏLZƏLƏ

14.09.2025  14:42 

Papa ad günün qeyd edir

14.09.2025  13:37 

Putin Dmitri Medvedyevi təltif edib

14.09.2025  13:26 

Sabahın havası açıqlandı

14.09.2025  13:17 

Kiyevdə neft anbarı partladıldı

14.09.2025  13:05 

Daha bir general həbs edildi


BÜTÜN XƏBƏRLƏR +