Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?
“BakuBus”un avtobusları yolda ötüşürmüş?
Belarus diplomatı Moldovadan çıxarılıb
Hindistanlı milyarderə qarşı sanksiya tələb olundu
“Yeni Klinika“da da yoxlamalar başladı
Aygün Kazımova tanınmış müğənnini pərt etdi
Yol Polisi sürücülərə müraciət etdi
NATO Rusiyaya qarşı... - Siyasi vəziyyəti dəyişir
Dönərin içindən şüşə qırıntısı çıxdı - “Bir-İki dönər“də


04.08.2025  10:16 

İRANLI İŞ ADAMI AZƏRBAYCANLI SÜRÜCÜLƏRİ BELƏ ALDADIR





A+  A-

Azərbaycanlı TIR sürücüləri Monqolustandan İrana ət yükü vuraraq aylardır yollarda qalıblar. Ətin sahibi olan iranlı iş adamı isə nə malına sahib çıxır, nə də sürücülərin haqqını ödəyir.

XəzərNews.az xəbər verir ki, Pozan TV-yə müraciət edən şikayətçi, TIR sürücüsü Cəbrayıl İsrafilov bildirir ki, ona məxsus DAF markalı yük maşını hazırda şəhərətrafı qarajların birində, içərisində 20 ton qoyun əti yükü ilə sahibini gözləyir.

Monqolustandan yüklənən ət məhsulu İran İslam Respublikasına aparılırmış.

Cəbrayıl İsrafilov qeyd edib ki, İran tərəfinin borc öhdəlikləri ilə əlaqədar nəqliyyat vasitəsi əvvəlcə Monqolustanda saxlanılıb. Beş ay Monqolustanda gözlədikdən sonra avtomobil buraxılıb və Azərbaycana daxil olub. Artıq iki aydır Azərbaycanda dayanan sürücülərə heç bir ödəniş olunmur.
Sürücü bildirib ki, Monqolustandan mayın 16-da buraxılan digər üç Azərbaycan maşını İrana daxil olsalar da bu günə qədər pullarını ala bilməyiblər.

Qeyd olunur ki, əvvəlcədən razılaşdırılan 30 min dollar ödənişin yalnız bir hissəsi İranda veriləcəkmiş. Lakin bu ödəniş də iranlı iş adamı tərəfindən sürücülərə ödənilməyib.

Sürücülər Azərbaycanın dövlət qurumlarından məsələyə müdaxilə etməyi və problemin həllində onlara yardım göstərməyi xahiş edirlər.



Xəbər 1547 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq


BÜTÜN XƏBƏRLƏR +