Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq
Bu küçə tamamilə piyadalar üçün olacaq
“Yango“ ilə yemək sifarişi baha başa gəldi
Azərbaycan kimdən təhlükə gözləyir?
Bu nəticələr adamı dəhşətə gətirir - Sabiq deputat


20.08.2025  13:13 

Şıxlinskinin oğlunu 10 il həbs gözləyir





A+  A-

Rusiyanın Ural bölgəsindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinskinin ittiham olunduğu maddə dəyişdirilib.

XəzərNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, əvvəlcə o, Cinayət Məcəlləsinin 318.1-ci maddəsi (Sağlamlığa və həyata təhlükə yaratmayan zor tətbiqi) ilə ittiham olunurdusa, sonradan bu maddə 318.2-ci maddəyə (Həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiqi) dəyişdirilib. Bu dəyişiklik, xüsusi təyinatlı əməliyyatda iştirak edən bir əməkdaşın uzun müddətdir müalicə alması səbəbindən edilib. Nəticədə, Mütvəli Şıxlinski 10 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Xatırladaq ki, onun həbsinə iyulun 1-də "Baku Plaza"nın yaxınlığında baş verən hadisə səbəb olub. Rusiya təhlükəsizlik qüvvələri oğlu ilə avtomobilində gedən diaspor rəhbəri Şahin Şıxlinskinin saxlanılması üçün xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı onlara güc tətbiq edilib. Təhlükəsizlik qüvvələrinin nümayəndələri avtomobilin şüşələrini sındırmağa başlayanda Mütvəlinin sükanı arxasında olduğu avtomobil geriyə doğru hərəkət edib və xüsusi təyinatlını vurub.


Xəbər 666 dəfə oxunub.




22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +