Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”
Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb
Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda
Sabahın havası: Yağış, külək


24.06.2020  18:43 

Temperatur 8 dərəcə aşağı enəcək, dolu yağacaq





A+  A-

Bakıda və Abşeron yarımadasında iyunun 25-i gündüzdən 27-si gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində 30 m/s-dək güclənəcəyi gözlənilir. İyunun 26-sı gündüz və 27-də bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
XəzərNews.az-ın məlumatına görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7 dərəcə aşağı enəcək, maksimal temperatur 24-27 dərəcə isti olacaq.

İyunun 25-i Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 28-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, Böyük Qafqazın bəzi yerlərində güclü olacağı, dolu düşəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Şərq küləyi 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarda 33-35 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Xəbər 2844 dəfə oxunub.



12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +