Türkiyə təyyarəsi bu şəhərdə təcili eniş edib
Bu ölkənin səfiri XİN-ə çağrıldı
Braziliya prezidenti Trampı açıq dialoqa çağırıb
Bu ölkədən Polşaya dəstək
Xankəndidə polisə silahlı müqavimət... - Erməni cavab atəşi ilə susdurulub
Ukrayna ordusu ruslara ağır zərbə vurdu
Tanınmış boksçu faciəvi şəkildə öldü -FOTO
ABŞ Cənubi Koreyadan üzr istədi
Rusiya spikeri ciddi ürək problemi yaşayır
İki qatar relsdən çıxıb: Ölənlər var


19.03.2020  18:27 

Azərbaycanda əksər məhkəmə işləri aprelin 20-dək təxirə salınır





A+  A-

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında qərar verib.
XəzərNews.az-ın xəbərinə görə, qərar Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri, eləcə də vətəndaşların və proses iştirakçılarının müraciətləri nəzərə alaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 11, 12, 25-ci maddələri və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsi rəhbər tutaraq qəbul olunub.

Qərarla Azərbaycan Respublikasının bütün məhkəmələrinə tövsiyə edilir:

Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər, iddianın təmin tədbirlərinin görülməsi, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat işləri və sair) baxılması istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın;

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin;

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilsin.

Qərara əsasən, hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunacaq.

Həmçinin, bütün məhkəmələrdə vətəndaşların qəbulu dayandırılsın, qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin. Fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilmələri tövsiyə edilib.

Hazırki Plenum qərarı 20 mart 2020-ci il tarixindən 20 aprel 2020-ci il tarixinədək qüvvədədir.

Xəbər 3259 dəfə oxunub.




14.09.2025  21:49 

İndoneziyada güclü zəlzələ

14.09.2025  20:59 

Bu ölkədən Polşaya dəstək

14.09.2025  18:35 

Gəncədə bıçaqlanma hadisəsi

14.09.2025  17:26 

Faktiki hava açıqlandı

14.09.2025  17:06 

ABŞ Cənubi Koreyadan üzr istədi

14.09.2025  17:04 

Prezident Şuşakənddə

14.09.2025  16:59 

Xırdalan sular altında qaldı

14.09.2025  16:57 

Hindistanda güclü ZƏLZƏLƏ

14.09.2025  14:42 

Papa ad günün qeyd edir

14.09.2025  13:37 

Putin Dmitri Medvedyevi təltif edib

14.09.2025  13:26 

Sabahın havası açıqlandı

14.09.2025  13:17 

Kiyevdə neft anbarı partladıldı

14.09.2025  13:05 

Daha bir general həbs edildi


BÜTÜN XƏBƏRLƏR +