Ağac aşdı, qadın altında qaldı - Bakıda
Sabahın havası: Yağış, külək
ANAMA-nın bölmə rəhbərləri həbs edilib
“Azərbaycanda sağlam özəl sektor formalaşmayıb” - Nəsib Piriyev
32 ədəd şokaladın içində 240 qram qızıl...
Almaniyaya qaçaq gedən qızı TIR-da zorladılar
DİN kibercinayət statistikasını niyə dayandırdı?
Rusiya Xarkovda laboratoriyanı atəşə tutdu: Radiasiya təhlükəsi
Mobil operatorlar 8 ayda 825 milyon manat qazanıb
Putinin reytinqi 82 faizə yüksəlib - SORĞU


28.02.2017  13:09 

Həbsdəki rabitəçiləri Eldar Mahmudovun qohumu “baqaja” qoyub- RƏSMİ





A+  A-

Artıq xeyli vaxtdır ki, “MTN İşi” çərçivəsində həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə davam edir. Qeyd edək ki, məhkəməyə çıxarılan nazirlik rəsmiləri vəzifədən sui-istifadə, korruspiya, mənimsəmə, rüşvət ittihamları ilə mühakimə olunur.
XəzərNews.az bildirir ki, Gununsesi.info-ya “Rabitəçilərin İşi” ilə bağlı maraqlı məlumat daxil olub.
Həmin məlumatda qeyd olunur ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin həbsinə səbəb Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Baş direktoru Beytulla Hüseynovun ifadəsi olub.
Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis
müavini, III dərəcəli dövlət ədliyyə müşaviri İlqar Abbasovun təsdiqlədiyi ittiham aktında qeyd olunur ki, cinayət işinin başlanmasına əsas və səbəb Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətələrə dair işlər üzrə İstintaq İdarəsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsləri barəsində aparılan cinayət işinin ibtidai istintaqı zamanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Baş direktoru Beytulla Hüseynovun Nazirlikdə baş verən korrupsiya halları ilə bağlı verdiyi ifadəsi əsasında toplanmış sübutlar olmuşdur.

Məhz Beytulla Hüseynovun ifadəsi əsasında nazirliyin aparat rəhbəri Zeynalov Vidadi Zeynal oğlunun Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələri, .Mustafayev Anar Heydər oğlunun CM-nin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələri, .Məmmədov Emin Məmməd oğlunun CM-nin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələri, Vəliyev Bayram Məmməd oğlunun CM-nin 179.3.1, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri, Məmmədov Məhəmməd Əsgər oğlunun CM-nin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələri, Rüstəmov Oktay Mirzə oğlunun CM-nin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələri, Məmmədov Namazalı Nəsir oğlunun CM-nin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələri, Hümbətov Səhrab Məcməddin oğlunun CM-nin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələri, Bəybalayev Qəmbər Bəylər oğlunun CM-nin 179.3.1, 179.3.2, 29,179.3.1, 29,179.3.2, 308.2 və 313-cü maddələri və 11.Cəfərov Cəlil Ələkbər oğlunun CM-nin 308.2, 179.3.1 və 179.3.2-ci maddələri ilə təqsirli bilinərək, məhkəmədə mühakimə olunur.
Qeyd edək ki, Beytulla Hüseynov sabiq MTN rəhbrəi Eldar Mahmudovun yaxın qohumudur. O, həmçinin, sabiq nazirin oğlu Anar Mahmudovun biznesinin idarə olunmasında əsas şəxslərdən biri olub.

Xəbər 4697 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +