Putinin diqqət çəkən AÇIQLAMASI -VİDEO
Məktəb qrant layihələrinə ayrılan milyonları kimlər mənimsəyir?
İstanbulda güclü yanğın baş verib
Azərbaycan hərbi tarixinə AĞIR İTKİ
Adnanın neft fırıldağında gizli şəbəkə və Rusiya amili - Sensasion detallar
Polşa təyyarələri havaya qalxdı...-BU ÖLKƏYƏ GÖRƏ
Papoyan ABŞ-a səfər edəcək
Tramp bu prezidentlərlə ağ evdə görüşəcək
Pezeşkian: Nüvə obyektlərimizi vursalar...
Zelenski “Koreya ssenarisi”nə müraciət edib


06.06.2022  10:10 

Sağ bağlıdır, sol bağlıdır, arxa, böyür, dal bağlıdır





A+  A-

Musavat.com saytı Samir Sarının bağlı yollar haqqında gözəlləməsini yayıb.

(bəhri-təvil)

Qan qaradır, qəlb dağlıdır, neçə gündür yol bağlıdır, sağ qapanıb, sol bağlıdır, tək şəhərin içi deyil, Xocəsəndən çöl bağlıdır, kimsə dinmir, qol bağlıdır, yoğundur ip, kütdür ülgüc, təkcə siqnala çatır güc, bir də gic-gic, dərin-dərin çəkirik ah, gecə-gecə, sabah-sabah, bir metlik tərpənişdə “ya bismillah” deyənlər tez məyus olur, biri “ya Allah” söyləyir, ümid edir, umsuq və pərt, sus-pus olur, nervilənib “nöyzənbillah” söyləyənin səbri çatmır, gözü dönür, başı çönür, sola burub səki aşır, yönü çaşır, gedir, gözdən itir, sanır, bitir zülmü, amma bilmir, hara getsə, xeyri nədir, yol bağlıdır. Başbilənlər “müvəqqəti çətinlikdir” deyir qəti, budur işin həqiqəti, mahiyyəti, lap yaxında bu cəfanı, məşəqqəti qoyacağıq biz arxada, açacağıq yolu-rizi, dairəni, bağlı olan sairəni. Hələliksə iş belədir: yol bağlıdır, böyür, qabaq, dal bağlıdır; iş görülür, tor hörülür, daş yollara qır tökülür, rəng, sədd, şəkil, çarx çəkilir, gen küçələr daraldılır, şən küçədə qaraldılır qanlar, bütün haray-həşir, bişir-düşür o üzdəndir ki, olsun hər tərəfdə sahman, yollar hamar, təmiz, rəvan, çün pilotlar gələn zaman qalsınlar bizdən çox razı, basıb qazı, şütüsünlər bolidlərlə hozu-hozu, qazı-qazı – bu Peres, o Qasli Pyer, o “Mersedes”, bu “Ferrari”, adə, kiri, döndər bəri, hələ Luisə, Maksa bax, forsa, kaprizə, hirsə bax. Baxma neqativ şeylərə, ona bax ki, bu biznesdir, pul gətirir, ölkə cazibədar olur, türistləri yel gətirir, sel gətirir sanki, kişi, kimlər gəlmir, kimlər, ya rəbb, bu iranlı, o rus, ərəb, var bu işə maraq, tələb, həm də ayrıca ləzzət, zövq, azart və şövq, gərək yaxşı edəsən sövq. Fəqət indi çox dilxoruq, xeyli də pərt, bəzən də çox sərt oluruq, amma bu şərt, sanki olub kəbinə kərt, altı ildir... yaxşı, qoy olmasın altı, olsun beş il, bu da az bir müddət deyil, olub zəlil, qalıb veyil, işə-evə yol tapınca, doğru ehtimal yapınca, tıxacdan sola sapınca gedir iki saat zaman, bir də əsəb, axşam yenə bu haqq-hesab, o pəstəha, nəysə, daha xeyri yoxdur, bu il keçdi. Gələn il saziş, kontrakt imzalansa, bu olsa fakt, davam etsə bu köhnə akt, eyni ritm, bilinən takt, neçə illik o xartaxart, bax, o zaman, tamamən olarıq şok, key. Daha bizdə qalarmı hey, görən olarmı elə şey? Budur sual. O gün bir bəy, köhnə həmkar, analitik, yazıb mənə müdrik-müdrik: “Məndə yeni ideya var”. “Nəymiş, lələ?” soruşuram, amma hələ ürəyimdə nəsə belə, bir məşum hiss var ki, qardaş xeyirli söz deyəydi kaş. Yavaş-yavaş yazır yoldaş: “Təşkil etsək fil yarışı...”. “Yox bir, bəlkə nər cıdırı”, - yazıram mən. “O da olar, büdcə dolar, millət gələr, çox qazanar həm otellər, restoranlar, həm salonlar, “can”lar, “quşlar”, əsas odur ki, bu şəhər, qonaqsız qalmasın qəti, biz birtəhər edərik tab, həm də vərdiş, belədir dünyada gərdiş”. Yazıram, yox, dəvə və fil, at-eşşəyin tayı deyil, batırar paytaxtı zibil, küçələri basar təzək, ondan sonra bəzək-düzək kara gəlməz, mədh etsə də əlli zəvzək, yetmiş məddah, iş düzəlməz. Yazır: “qardaş, ay işbilməz, müftə yanacaqdır peyin, lazımdır bir iti beyin, bir də qərar, siz qəzetdə yazın, deyin, alsınlar nəzər-diqqətə. Nə deyim bu ekspertə, zarafat eləyir əlbət, olmaz ciddi belə söhbət, amma birdən, kimsə bunu ciddi saysa, plan cızsa, qarşısına məqsəd qoysa, gedib təşəbbüs qaldırsa, desə, belə bir fikir var, bu sahədə çox xeyir var, daimi olsun yarışlar, xalq da yaxşıca alqışlar, bax, o zaman kim bağışlar bu ideya yiyəsini, vallah deməz niyəsini, millət tutub onu yortar, yerə sürtər, qaşqasına söyüş çərtər, indi hələ dözümlüyük, səs etmirik, pəs edirik, baxın, budur, neçə gündür, yol bağlıdır, arxa, qabaq, sol bağlıdır, amma rahatdır hökumət, çünki xalqdan bel bağlıdır.

Samir SARI

Xəbər 3571 dəfə oxunub.




20.09.2025  20:32 

Papoyan ABŞ-a səfər edəcək

20.09.2025  19:47 

Tovuzda kişi meyiti TAPILIB

20.09.2025  19:42 

Sabiq direktora HÖKM OXUNDU -FOTO

20.09.2025  19:32 

Goranboyda AİLƏ FACİƏSİ

20.09.2025  19:28 

Daha bir soydaşımız həlak oldu

20.09.2025  18:21 

“Formula 1“də daha biz qəza

20.09.2025  17:38 

Adnan Əhmədzadə həbs EDİLDİ

19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü


BÜTÜN XƏBƏRLƏR +