İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı
SOCAR 450-500 milyon dollar ziyana düşüb?
Türkiyənin bəzi media subyektləri...- TƏHLİL
Cəlilabadda ət dükanında pozuntu aşkarlanıb
Daşıyıcılar üçün yeni cərimələr gəlir
Adnan Əhmədzadənin vəkili danışdı
Rusiyada “Mister Sidr” faciəsi: Azərbaycanlı və erməninin “birgə işi”
Anar Rzayev nəyi yenilik kimi təqdim edir?
Ödənişli yollar bu ərazilərdə tətbiq olunacaq - Açıqlama


26.03.2018  16:11 

Eldar Mahmudovun qızı məhkəməyə verildi





A+  A-

Keçmiş MTN naziri Eldar Mahmudovun qızı Nərgiz Mahmudova və digər 2 nəfər tikinti şirkəti tərəfindən məhkəməyə verilib.
XəzərNews.az “Ölkə.Az”a istinadən xəbər verir ki, tikinti şirkəti olan “Eyfel” MMC Nigar Mahmudova barədə Yasamal rayon məhkəməsinə şikayət verib. İddiaçı qismində tanınan tikinti şirkəti iddiasında göstərib ki, Mahmudova Nərgiz Eldar qızı, Q.Şahqasımov və T.Əzimova ilə bağlanmış müqavilələr etibarsız hesab edilsin. Həmçinin, mülkiyyət hüququnun tanınması tələbi barədə qarşılıqlı iddiada verib. Bununla yanaşı “Eyfel” MMC hər 3 şəxsə qarşı işgüzar nüfuzu ləkələyən məlumatların təkzib edilməsi və sair tələbi barədə qarşılıqlı iddia tələbi də irəli sürüb.

Ancaq Yasamal rayon məhkəməsi tikinti şirkətinin heç bir iddiasını təmin etməyib. Bundan sonra “Eyfel” MMC Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Mart ayının 30-da hakim Məmməd Məmmədovun sədrliyi ilə tikinti şirkətinin apellyasiya şikayətinə baxılacaq.

Qeyd edək ki, “Eyfel” MMC-nin rəhbəri Yavər Qurbanov, şirkəti vaxtilə “MTN işi”nə görə axtarışda olan “Akula Akif“ ləqəbli Akif Mustafayevlə birgə təsis edib. Belə ki, Eldar Mahmudovun ölkədə “at oynatdığı” dönəmdə Yavər Qurbanov MTN-nin dəstəyi altında bir sıra qanunsuzluqlara imza atıb. O, törətdiyi dələduzluq əməlinə görə 10 ildən artıq azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı halda MTN-nin dəstəyi ilə cəmi 8 aylıq cəza ilə canını qutara bilib.

Xəbər 2846 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı

21.09.2025  19:29 

CHP-də yenidən sədr seçilib

21.09.2025  19:06 

Tərtərdə qandonduran HADİSƏ


BÜTÜN XƏBƏRLƏR +