“Sədərək“ ticarət mərkəzində yanğın başlayıb
Vitse-prezident Makronu sərt tənqid edib
Bu ölkə Rusiyaya yardım edən 11 nəfəri saxladı
İranda zəlzələ gözlənilir?
Gürcüstanda azərbaycanlı qadına leytenant rütbəsi verildi - FOTO
İranda terror qruplaşması:7 nəfər öldü
Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi şərtləri - Kiyev nələrdən çəkinməlidir?
Ukrayna torpaqlarını hədiyyə etmiyəcəyik -Zelenski
Torpağımızı işğalçıya verməyəcəyik - Zelenski
SEPAH-ın erməni lobbiçiliyi


31.05.2018  16:24 

Külli miqdarda narkotik tutuldu





A+  A-

Azərbaycan gömrükçüləri narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu tədbir həyata keçirib və nəticədə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
XəzərNews.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə Lənkəran şəhər sakini Mirəziz Cəfər oğlu Ağayevin idarə etdiyi minik avtomobilində narkotik vasitələri satmaq məqsədilə paytaxta gətirdiyi barədə məlumat daxil olub.

Dərhal Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri təşkil edilib. Belə ki, şərti alıcı ilə Mirəziz Ağayev sövdələşib və tərəflər Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Füzuli küçəsində görüş təyin edib.

Sözügedən ünvanda əməliyyatçıların həyata keçirdiyi tədbirlər çərçivəsində Mirəziz Ağayev saxlanılıb və onun idarə etdiyi “VAZ-21083” markalı, 42-BB-268 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilib.

Baxış zamanı, avtomobilin arxa oturacağının üzərindəki 4 ədəd polietilen torbada Mirəziz Ağayevin şərti alıcı qismində əməliyyata cəlb olunan gömrük əməkdaşına satmağa çalışdığı narkotik vasitələr - 14.860 qram tiryək və 9.740 qram həşiş qətranı aşkar edilib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi açılıb və məhkəmənin qərarına əsasən Mirəziz Ağayevin barəsində həbs qətiimkan tədbiri seçilib.

Xəbər 2871 dəfə oxunub.



24.08.2025  00:38 

İranda zəlzələ gözlənilir?

24.08.2025  00:22 

Aktyorun iki qızı tələbə oldu

23.08.2025  13:20 

SEPAH-ın erməni lobbiçiliyi

22.08.2025  18:01 

İcmadan istefa verdi


BÜTÜN XƏBƏRLƏR +