Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


14.07.2025  14:28 

Xocəsəndə “Şəfəq“ küçəsinə asfalt örtüyü vurulur - Fotolar





A+  A-

Binəqədi rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Xocəsən qəsəbəsinin "Şəfəq" küçəsinə asfalt örtüyü vurulur.

Qəsəbə bələdiyyəsindən XəzərNews.az-a verilən məlumata görə, uzunluğu 350, eni isə 6 metr olan yolun asfaltlanması işini Avtomobil Yolları Dövlət Agentliyinin aidiyyatı qurumu həyata keçirir.

Hazırda qəsəbənin Ruslan Allahverdiyev küçəsində kanalizasiya sisteminin yenilənməsi işi davam etdirilir. İşlər tamamlandıqdan sonra küçənin asfaltlanması nəzərdə tutulur.

Bundan başqa, qəsəbənin mərkəzində yerləşən Xocalı küçəsindəki obyekt və fərdi yaşayış evlərinin fasadları əsaslı şəkildə təmir edilərək, müasirləşdirilir, yol örtüyünün təmir bərpa işləri aparılır.

Qeyd edək ki, son illər Binəqədi RİH-nin təşəbbüsü və təşkilatçılığı ilə Xocəsən qəsəbəsinin bir neçə məhəllədaxili ara yolları asfaltlanaraq abadlaşdırılıb.







Xəbər 971 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +