Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


06.02.2024  19:06 

Dövlət Xidməti ilə “Azərpambıq“ arasında məhkəmə çəkişməsi - Nə baş verib?





A+  A-

Dövlət Əmək Müfəttişliyi Xidməti ilə "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC arasında qalmaqal yaranıb.

Xəzərnews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Xidmət MMC-ni İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsi ilə cərimələyib.

Bu maddə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi ilə bağlıdır.

Maddədə inzibati xəta növü kimi vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC qərardan narazı qalaraq məhkəməyə müraciət edib. Şirkətin şikayətinə Yasamal Rayon Məhkəməsində baxılacaq. İş hakim Rauf Daşdəmirovun icraatındadır.

Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumdur. Xidmətin rəisi Vəli Quliyevdir. O, 2022-ci ildən bu vəzifədədir.

"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC "Azərbaycan Sənaye Korporasiya" ASC-nin tərkibində fəaliyyət göstərir. "Azərpambıq Aqrar Sənaye Komleksi" MMC-nin rayonlarda 14 müəssisəsi var: Bunlar aşağıdakılardır:

Ağcabədi Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi - 4200 ha)
Beyləqan Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi - 3200 ha)
Bərdə Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi - 3640 ha)
Biləsuvar Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi - 1750 ha)
Saatlı Pambıq İstehsalı və Emalı Zavodu (əkin sahəsi - 2600 ha)
Şirvan Pambıq Emalı Zavodu
Ucar Pambıq Emalı Zavodu
Ağdam Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 540 ha)
Goranboy Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 900 ha)
İmişli Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 1800 ha)
Sabirabad Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 3090 ha)
Salyan Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 1350 ha)
Tərtər Pambıq İstehsalı və Tədarük Məntəqəsi (əkin sahəsi - 1650 ha)
Biləsuvar Təcrübə Sınaq Təsərrüfatı (əkin sahəsi - 800 ha)
MMC-nin direktoru Fəxri Mehdiyevdir. O, bu vəzifəyə 2021-ci ildə təyin edilib.

Xəbər 6138 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +