Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


11.07.2025  10:55 

“Xalq Kapital”ın dövriyyəsində 100 faizlik azalma...





A+  A-

2025-ci ilin ilk altı ayı “Xalq Kapital İnvestisiya Şirkəti” QSC üçün kəskin azalmanın müşahidə olunduğu dövr olub. Bakı Fond Birjasında aparılan əməliyyatlar ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, bütün sahələr üzrə ciddi geriləmə göstərib.

XəzərNews.az xəbər verir ki, ən ciddi eniş Mərkəzi Bankın qiymətli kağızları bazarında qeydə alınıb. Ötən ilin ilk yarısında şirkət bu bazarda 178,5 milyon manatlıq əməliyyat həyata keçirmişdi. Lakin cari ildə bu göstərici cəmi 7,9 milyon manat təşkil edib. Bu, 170,5 milyon manatlıq fərq və təxminən 96% azalma deməkdir.

Dövlət istiqrazları üzrə isə şirkət ümumiyyətlə heç bir əməliyyat aparmayıb. Əgər 2024-cü ildə 19,5 milyon manatlıq dövlət istiqrazı alqı-satqısı baş tutmuşdusa, 2025-ci ilin yanvar–iyun aylarında bu göstərici 0 manat olub. Beləliklə, burada 100%-lik azalma müşahidə edilib. pizza mizza

Korporativ istiqrazlar sahəsində də eniş davam edib. 2024-cü ildə bu bazarda 4,4 milyon manatlıq əməliyyat aparan “Xalq Kapital”, 2025-ci ildə bu göstəricini 1,1 milyon manata qədər azaldıb. 3,3 milyon manatlıq azalma ilə nəticələnən bu geriləmə təxminən 75% azalma deməkdir.

Səhm bazarında isə ümumiyyətlə fəaliyyət dayandırılıb. 2024-cü ildə 272 manatlıq əməliyyat aparılmışdısa da, 2025-ci ilin ilk yarısında bu məbləğ 0-a enib, yəni tam azalma baş verib.

Ümumilikdə, "Xalq Kapital"ın bütün bazarlarda iştirakı nəzərəçarpacaq dərəcədə zəifləyib və 2025-ci ilin ilk altı ayı şirkət üçün aşağı dinamika ilə yadda qalıb.

Xəbər 1031 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +