Tramp: ABŞ artıq Ukraynaya pul xərcləmir
Üç ölkə arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə keçəcək
Ukraynaya ABŞ-dan 1 milyard dollarlıq...
Məni zarafatla Avropanın prezidenti adlandırırlar
Tramp Rusiya-Ukrayna müharibəsinin səbəbini açıqladı
BQXK Azərbaycanda fəaliyyətini tezliklə dayandıracaq
Daha bir general vəzifədən GETDİ -FOTO
Zelenski Avropadan ayda 1 milyard dollar gözləyir
Yataqxanada yanğın: 3 nəfər tüstüdən zəhərlənib
“İlham, siz böyük lidersiz” - Trampdan hədiyyə


06.08.2025  14:46 

Tibbi arayış böhranı: Körpələrlə növbə dərdi





A+  A-

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində - xəstəxana və poliklinikalarda tibbi arayış almaq böyük problemə çevrilib. Bu səbəbdən xəstəxanalarda uzun növbələrin olması artıq hamıya məlumdur. Vətəndaşlar bildirirlər ki, bir arayış almaq üçün günlərlə xəstəxana növbələrində gözləsələr də, həkim qəbuluna düşməkdə çətinlik çəkirlər.

Məsələn, yaxın günlərdə bir vətəndaş sosial şəbəkədə yazıb ki, uşağını bağçaya qoymaq üçün ondan tibbi arayış tələb olunub. Arayışı almaq üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edən ana səhər saat 9-da xəstəxanaya çatanda özünü 1780-ci sırada görüb. 1 yaşlı körpə ilə uzun növbəni gözləyə bilməyən ana məcburiyyət qarşısında qalaraq evə qayıdıb.

Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında bildirib ki, körpələrin xəstəxanalarda uzun müddət növbədə qalması yolverilməzdir:

"Bütövlükdə İcbari Tibbi Sığorta sisteminin problemi ondadır ki, bu sistem qurularkən heç bir məsləhətləşmə aparılmadı, proses imperativ qaydada həyata keçirildi. Nə randevu, nə də infrastruktur sistemi yaradıldı. Sadəcə əhaliyə müəyyən izahatlar verildi, vəssalam. Nəticə isə göz qabağındadır – körpə uşaqlar bir arayış almaq üçün xəstəxanalarda gözləyirlər".

Adil Qeybulla təəssüf hissi ilə vurğulayıb ki, hələ də randevu sistemi qurulmayıb:

"Əgər bu gün uşaq uzun müddət xəstəxanada növbədə qalırsa, bu artıq sistemin düzgün işləmədiyini göstərir. Yaxşı olardı ki, Avropa ölkələrində olduğu kimi ailə həkimi institutu yaradılsın. Düzdür, bizdə sahə həkimi var. Məncə, analizlərdən sonra uşağın arayışı elektron qaydada verilməsi daha məqsədəuyğun olar. Görüləsi işlər çoxdur və bunların həlli əslində asandır. Təəssüf ki, hər şey olduğu kimi qalır. Fakt budur”./Bakupost.az


Xəbər 901 dəfə oxunub.




25.08.2025  20:25 

Xocavənddə yanğın başlayıb


BÜTÜN XƏBƏRLƏR +