İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər
Məktəb direktoru ilə bağlı araşdırma başlanıldı
Rusiyanı yalnız Çin dayandıra bilər - Tramp
Trampın mövqeyi Rusiyada eşidilmir - Zelenski
Bu proses hansı məhsulların qiymətini artıra bilər?
Mən Putinin alovlu döyüşçüsüyəm! - Kadırov
“Formula-1“ başlayır - Bakıda
Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO


18.09.2025  10:09 

Formula-1 ilə əlaqədar şəhərə giriş bağlanacaq





A+  A-

Sabah başlayacaq “2025 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq, xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.

XəzərNews.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.

Qeyd edilib ki, sabah başlayacaq "2025 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq, xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.

Eyni zamanda, 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur.

Bununla yanaşı, yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur.

Xəbər 2307 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb


BÜTÜN XƏBƏRLƏR +