AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze
Ukraynanı işğal etməklərinə imkan verməyəcəyik -Zelenski
Bu ölkənin səfiri Finlanlandiya XİN-ə çağırıldı
Məşhur mağaza Azərbaycandakı filiallarını bağlayır - FOTOLAR


22.01.2024  23:08 

Biz hər zaman müharibəyə başlamaq istəyənləri qovacağıq -Tramp





A+  A-

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Respublikaçılar Partiyasından namizəd olmaq hüququ uğrunda mübarizədəki rəqibini - Birləşmiş Ştatların BMT- dəki keçmiş nümayəndəsi və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heylini daim müharibələrə başlamaq istəməkdə ittiham edib.

Xəzərnews.az xəbər verir ki, siyasətçi ABŞ-dən bu kimi insanları qovacağına söz verib.

"Biz hər zaman müharibəyə başlamaq istəyən insanları qovacağıq. Nikki onlardan biridir"-, Tramp qeyd edib.

Tramp həmçinin bildirib ki, ABŞ III Dünya müharibəsinə hamının düşündüyündən daha yaxındır. Siyasətçi Yaxın Şərqdə artan gərginliyi tənqid edib və prezident seçkilərində qələbə qazandıqdan dərhal sonra Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib.

Bundan əvvəl Florida qubernatoru, respublikaçı Ron DeSantis ABŞ-də prezident seçkiləri üçün yarışdan geri çəkildiyini açıqlamışdı. O qeyd edib ki, onunla fikir ayrılıqlarını etiraf etsə də, partiya yoldaşı Trampı dəstəkləyəcək.

Yanvarın 16-da isə amerikalı sahibkar və ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami Ayova ştatında keçirilən praymerizdən sonra seçki yarışından çəkilib və Trampı dəstəkləyib./sfera.az


Xəbər 2593 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları

12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +