Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


19.09.2023  13:43 

Münhendə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Forumu keçirilib -Foto





A+  A-

Almaniyanın Münhen şəhərində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun 2-ci Forumu keçirilib.

XəzərNews.az xəbər verir ki, Forumda 3 yeni olmaqla 18 ölkədən təmsilçilər iştirak edib.

Azərbaycan himninin səsləndirilməsi ilə öz işinə başlayan Forumun baş katibi Hikmət Cavadov görülən işlər, həyata keçirilən layihələrlə bağlı iştirakçılara geniş məlumat verib.

Forumda çıxış edən Fondun həmtəsisçisi Emil Mirzəyev qeyd edib ki, bu ilin may ayında Stokholmda (İsveç) təsis edilən təşkilat avqust ayında rəsmi qeydiyyatdan keçib. O, Fondun qeydiyat sənədlərini forum iştirakçılarına təqdim edib.

Forumda çıxış edənlər Fondun strukturundan, qarşıya qoyulan məqsədlərdən bəhs ediblər.

Bildirilib ki, xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız arasında koordinasiyanın daha düzgün və effektiv qurulmasına ehtiyac var.

Əlavə olunub ki, azərbaycanlılar dövlətimizin milli maraqları naminə təmsil olunduqları ölkələrin parlamentləri, dövlət qurumları, media və vətəndaş cəmiyyəti institutlarıyla əlaqələri gücləndirməlidirlər.

Qeyd olunub ki, Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda qələbə ilə başa çatmış 44 günlük müharibəni həzm edə bilməyən Ermənistan dövləti və onun Avropadakı havadarları Qarabağdakı separatçı rejimə açıq və ya gizli dəstək göstərərək bölgəmizi yeni savaş təhdidləri ilə üz-üzə qoyub.

Forumda diaspor fəallarından diqqətli olmaları, yaşadıqları ölkələrin media resurslarında dünya ictimaiyyətinə bölgədə baş verən hadisələrlə bağlı obyektiv informasiyalar vermələri tövsiyə olunub.

Çıxışlardan sonra müzakirələr əsasında daha operativ fəaliyyət üçün Fondun 4 komitəsi yaradılıb.

Sonda Forum iştirakçıları adından Dünya azərbaycanlılarına müraciət qəbul olunub.











Xəbər 4431 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +