AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze
Ukraynanı işğal etməklərinə imkan verməyəcəyik -Zelenski
Bu ölkənin səfiri Finlanlandiya XİN-ə çağırıldı
Məşhur mağaza Azərbaycandakı filiallarını bağlayır - FOTOLAR


25.04.2023  23:06 

Görəsən bəzi deputatlar niyə bu qədər narahat olub?





A+  A-

Çox hörmətli Vahid müəllimin müsahibəsini diqqətlə dinlədim. 25 dəqiqəlik müsahibənin 23 dəqiqəsini vətəndaşların təxminən bütün təbəqələrinin sosial problemlərindən və bu problemlərin həlli yollarından danışıb.

Görəsən bəzi deputatlar niyə bu qədər narahat olub?

Vahid müəllim əslində mövcud parlamentə çox yumşaq yanaşıb.

Unutmayaq ki, bu parlament 3 il əvvəl İranı tənqid etdiyinə görə öz kolleqalarına, Bəhruz Məhərrəmova töhmət verən, bu gün isə hamılıqla İranı tənqid edən bir parlamentdir.

Azərbaycanın və ümumilikdə bütün türk dünyasının düşməni olmuş Jirinovskinin son parlament seçkilərindən sonra verdiyi bəyanatı da unutmayaq. Jirinovski - biz imkan verə bilməzdik ki, Azərbsycan parlamentində Rusiyanın Azərbaycandakı mənafelərinə qarşı olanlar təmsil olunsunlar- söyləmişdi.

Təbii, bütün deputatları bu kateqoriyaya aid edə bilmərik.

Amma bu parlamentin total saxtakarlıqla formalaşmasını hamımız bilirik.

Niyə Vahid müəllimə qarşı "hücum kompaniyası" aparan deputatlar məlum müsahibədə toxunulan problemlərə münasibət bildirməyib, yalnız öz eqolarını düşünürlər?

Çünki onların xalqdan xəbərləri yoxdur.

30 ildən artıq Azərbaycan xalqına və dövlətinə prinsipial xidmətlər göstərmiş şəxsə qarşı ən kiçik bir məsələ üçün başladılan qarayaxma kampaniyası göstərir ki, bu adamlar üçün şəxsi mənafeləri hər şeydən öndə gəlir.

Bu məsələdə ictimai rəyin birmənalı olaraq Vahid Əhmədovun yanında olması da bir gerçəkdir.

Əslində bu qarayaxma kompaniyası həm də hörmətli Vahid müəllimin müsahibədə qaldırdığı problemləri ört-basdır etmə məqsədi güdür.

Sonda bir məsələni vurğulamaq istəyirəm.

Azərbaycan vətəndaşı sanki iki Azərbaycanda yaşayır, Qarabağ savaşını qazanan, bölğədə geopolitik əhəmiyyəti kifayət qədər artan, Türk Dövlətlər Birliyinin qurulması üçün önəmli addımlar atan, böyük lojistik layihələri həyata keçirən bir Azərbaycan və çox təəssüf ki, məmur-oliqarxların, rüşvət və korrupsianın, yoxsulluğun içində çabalayan Azərbaycan.

Məncə Vahid müəllim müsahibədə bunu deməyə çalışıb və bəzilərinin şəxsi maraqlarına qarşı çıxıb.

Var olun Vahid müəllim.

P.S. Bu gün parlamentdəki " müzakirələr" nə qədər haqlı olduğumuzu bir daha sübut etdi. Çox təəssüf ki, bir nəfər belə bu qos-qocaman dövlət adamını müdafiə etmədi.

Bəhram İsmayıl
Azərbaycan Bütövlük Platformasının sədri


Xəbər 2624 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları

12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +