“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq
Direktor müavini kanala düşərək ölüb
Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?
“BakuBus”un avtobusları yolda ötüşürmüş?


14.06.2022  11:05 

Qadın “patı” ilə tutuldu - Şabranda





A+  A-

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

XəzərNews.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Cəfər Tarverdiyev və Bakı şəhər sakini Nəzrin Hüseynova saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və C.Tarverdiyevə məxsus avtomobilə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin, eləcə də “patı”, “şüşə” adlandırılan psixotrop maddə metamfetamin, marixuana, 1 ədəd elektron tərəzi və 1 ədəd süngü bıçaq aşkar olunaraq götürülüb.

Bundan əlavə olaraq araşdırmalar zamanı, C.Tarverdiyevin qonşuluğunda olan və faktiki yaşayış olmayan evin həyətyanı sahəsində çətənə (kannabis) bitkiləri əkib yetişdirdiyi məlum olub.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.



Xəbər 3159 dəfə oxunub.



10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson


BÜTÜN XƏBƏRLƏR +