Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda
Sabahın havası: Yağış, külək
ANAMA-nın bölmə rəhbərləri həbs edilib
“Azərbaycanda sağlam özəl sektor formalaşmayıb” - Nəsib Piriyev


30.11.2021  10:51 

“Qarabağ”ın oyunçusu Filip Ozobiçin yubiley oyunu





A+  A-

Filip Ozobiç “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib.

XəzərNews.az PFL-in saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XII turuna təsadüf edib. Ağdam klubuna keçməzdən öncə şərəfini qoruduğu “Qəbələ”yə qarşı matç onun üçün 100-cü olub. Görüş 0:0 hesabı ilə başa çatıb. Ozobiç 2018-ci ilin yayından formasını geyindiyi “Qarabağ”da keçirdiyi 100 qarşılaşmada 31 qola imza atıb.

O, Premyer Liqada 62 oyunda 27, avrokuboklarda 34 matçda 4 qola imza atıb. Yarımmüdafiəçi Azərbaycan kubokunda 4 dəfə meydana çıxıb. Ozobiç “Qarabağ”ın tarixinə 100 və daha çox oyun keçirən 48-ci futbolçu kimi düşüb.

Qeyd edək ki, Filipin “Qarabağ”da debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Sloveniyadakı matça (1:0) təsadüf edib.



Xəbər 3034 dəfə oxunub.




12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +