“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


08.05.2025  14:08 

Zəngəzur və İrəvan... - Qərar layihəsinin hazırlanması təklif edilir





A+  A-

Milli Məclisdə Zəngəzur və İrəvanın Azərbaycandan ayrılaraq Ermənistana verilməsini pisləyən qərar layihəsinin hazırlanması təklif edilib.

XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin bu gün keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev 2022-ci il 24 dekabr tarixdə Qərbi azərbaycanlılarla görüşü zamanı Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən İrəvanın Ermənistana bağışlanmasını xəyanət və cinayət adlandırdı:

“Bu, obyektiv tarixi həqiqətdir. Məhz bu fikirləri əsas tutaraq tarixi ədalətsizliyin hüquqi yolla aradan qaldırılması üçün "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanla bağlı qərarını pisləyən Milli Məclis qərar layihəsinin hazırlanmasını təklif edirəm. Buna paralel olaraq, 1920-ci ildə də Sovet hökumətinin qərarı ilə Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verilməsi faktını da pisləyən ayrıca bir qərarın qəbul edilməsini təklif edirəm.

Bütün bunlar bir daha sübut edir ki, dövlətçilik təsadüf deyil, strateji düşüncə, milli iradə və davamlı mübarizə tələb edən bir yoldur. Biz bu yola Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti ilə qədəm qoyduq, Müzəffər İlham Əliyevin liderliyi ilə daha da gücləndik, tarixdə olmadığı qədər güclü, müstəqil və suveren olduq”.

Xəbər 3913 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +