Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


23.01.2025  16:03 

Ruslar Donetskə aviazərbələr endirdi





A+  A-

Rusiya hərbçiləri Donetsk vilayətinin Konstantinovka şəhərinin özəl sektoruna aviazərbələr endirib, nəticədə 1 nəfər ölüb.

XəzərNews.az xəbər verir ki, bu barədə Telegram-da Donetsk Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Atışma nəticəsində zərər çəkmiş ərazidəki evlərdən birində olan 53 yaşlı qadın həlak olub, onun 70 yaşlı əri isə qəlpə yarası alıb.

Prokurorluq bildirib ki, Konstantinovkaya hücumdan 10 dəqiqə sonra ruslar Kramatorskı atəşə tutublar. UMPK modullu FAB-250 olduğu ehtimal edilən sursat yerli sakinlərin evlərinə dəyib.

Hücum nəticəsində 41 və 64 yaşlı iki kişi yaralanıb.

Ümumilikdə, hüquq-mühafizə orqanlarının məlumatına görə, yuxarıda qeyd olunan yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində azı 16 fərdi ev və iki avtomobilə ziyan dəyib.



Xəbər 3516 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +