Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


09.09.2025  10:46 

Hərbi xidmətdən yayınan həkimə hökm oxundu





A+  A-

Ağsu rayonunda hərbi xidmətdən yayınan həkim məsuliyyətə cəlb edilib.

XəzərNews.az oxu.az-a istinadla xəbər verir ki, Azərbaycan Tibb Universitetinin məzunu olan Cəmşid Eminlinin 2024-cü il tarixdə hərbi xidmətdən möhlət hüququ bitsə də, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müvafiq tibbi müayinələrdən keçmək üçün dəvət olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə müayinələrə gəlməyib. 1995-ci il təvəllüdlü C.Eminli Bakıda klinikalardan birində həkim işləsə də, komissiyaya xəstə olduğunu bəhanə gətirib və tibbi müayinədən imtina edib. O, guya ayağından xəsarət aldığını bəhanə edərək 30 yaşı tamam olana qədər xidmətdən yayınmağa cəhd edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin məsul şəxsləri dəfələrlə onun yaşadığı ünvana getməsinə baxmayaraq, C.Eminli bu çağırışları rədd edib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilir.

Ağsu Rayon Məhkəməsinin hökmü ilə C.Eminli 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək cəzasını şərti hesab edib.

Xəbər 1602 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +