Azərbaycanlının övladları Parisdə əllərindən alınıb
Biləsuvarda ölkənin ən böyük GES-i inşa olunur
Mənzurə özündən 7 yaş kiçik oğlana ərə gedir
“28 May“da avtobuslar toqquşub
75 min müəllimin maaşı artacaq
Ukrayna Rusiyanın dron zavodunu vurdu
Hicran Hüseynova təltif olundu
Məcburi üzvlükdən söhbət gedə bilməz - Müşavir
Bilgəhdə dənizdə batan şəxs tapıldı
“BakuBus“un avtobusu tüstüləndi


06.11.2019  15:37 

1 ton 74 kiloqram narkotika dövriyyədən çıxarılıb





A+  A-

Bu ilin 9 ayı ərzində daxili işlər orqanları tərəfindən müxtəlif adda 1 ton 74 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilir.

Növbəti belə tədbir paytaxtın Maştağa qəsəbəsində həyata keçirilib. Əldə edilmiş əməliyyat məlumatı əsasında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qəsəbə sakini Cahangir Hüseynov saxlanılıb. Onun yaşadığı evin zirzəmisinə baxış keçirilən zaman oradan ümumi çəkisi 7 kiloqram 400 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik vasitələrin ona məxsus olduğunu və bir müddət əvvəl həyətində əkdiyini, xüsusi qulluq edərək yetişdirəndən sonra qurutduğunu etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu RPŞ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd olunub ki, cari ilin 9 ayı ərzində daxili işlər orqanları tərəfindən qanunsuz dövriyyədən ümumilikdə müxtəlif adda 1 ton 74 kq. narkotik vasitə çıxarılıb. Bu isə 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 114 kiloqram çoxdur. Həmin narkotik vasitələrin 664 kiloqramı qurudulmuş marixuana, 127 kiloqramı heroin, 168 kiloqramı tiryək, 11 kiloqramdan artığı isə psixotrop maddələr olub. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və alqı-satqısına qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Xəbər 2989 dəfə oxunub.



12.08.2025  15:59 

Bakıda dəhşətli qəza baş verib

12.08.2025  13:59 

“28 May“da avtobuslar toqquşub

12.08.2025  13:07 

Orta aylıq əməkhaqqı artıb

12.08.2025  13:03 

Sabahın havası açıqlandı

12.08.2025  13:00 

Hicran Hüseynova təltif olundu


BÜTÜN XƏBƏRLƏR +