Azərbaycan vətəndaşlarının övladları Parisdə əllərindən alınıb
Biləsuvarda ölkənin ən böyük GES-i inşa olunur
Mənzurə özündən 7 yaş kiçik oğlana ərə gedir
“28 May“da avtobuslar toqquşub
75 min müəllimin maaşı artacaq
Ukrayna Rusiyanın dron zavodunu vurdu
Hicran Hüseynova təltif olundu
Məcburi üzvlükdən söhbət gedə bilməz - Müşavir
Bilgəhdə dənizdə batan şəxs tapıldı
“BakuBus“un avtobusu tüstüləndi


22.11.2022  14:20 

İnansa TƏBRİZ deyil! - Sabir Rüstəmxanlı - Video





A+  A-

Bu gün Güney Azərbaycanda, onun ürəyi Təbrizdə baş verənlər Xalq şairi Sabir Rüstəmxanlının "İnansa, Təbriz deyil!" şeiri ilə çox səsləşir.

Yenə bir məmləkətin ərşə dirənib ahı,
Yerdən əli üzülüb, göydən gəlmir pənahı,
Farsın işğalıdı bu! Mollanın nə günahı?
Din adına irtica! Bu ki yalan söz deyil!
Təbriz buna inanmaz! İnansa Təbriz deyil!

Daşlarda tarix gəzir, kimindi daş, bilinməz,
Əxlaqı daş dövründə - bacı-qardaş - bilinməz!
Anasına göz dikər, yenə oğraş bilinməz!
Ey bunu tarix sayan! Əyyami-Kəmbis deyil!
Təbriz sənə inanmaz! İnansa Təbriz deyil!

Bu yurd türkün torpağı! İzləri itmir hələ!
Əkdiyin şər toxumu göyərib bitmir hələ,
Fikrin Sasanilikdən bəriyə ötmür hələ -
Anlamırsan millətlər önündə kəniz deyil!?
Təbriz sənə inanmaz! İnansa Təbriz deyil!

Nə Şirazda gözüm var, nə də İsfahanında,
Baxmayaraq onlar da can alıbdır qanımdan,
Təxti-Cəmşidin ki var! Əl çək bağ-bostanımdan
Mənimki Ərdəbildi, Marağadı... Şiz deyil!
Təbrizin gözü toxdu! Ac olsa, Təbriz deyil!

Özünə paytaxt edib sahibləndin Tehrana,
Parsabadlar əkirsən Qaradağa, Mugana,
Zəncanın, Həmədanın nə dəxli Farsistana?
Şükr et Mazandarana, Xorasan da az deyil,
Təbriz Qəzvindən dönməz! Dönsə, heç Təbriz deyil!

Adını dəyişdirdin dağın, daşın, çöllərin,
Öz ismiylə tarixə şöhrət olan ellərin,
Əl yetsə dəyişərsən qafasın ölülərin,
Önümüzə eşdiyin bir mərmidir, köz deyil,
Ocağına isinməz! İsinsə, Təbriz deyil!

Fars türkü öz içində əritsin - Nə vaxt olub?
Ruhuma öz məkrini yeritsin -Nə vaxt olub?
Ağlayan cocuğumu kirutsun- Nə vaxt olub?
Xəyanətlər uc-uca... əlli deyil, yüz deyil,
Təbriz buna dözəmməz! Dözərsə, Təbriz deyil!

Firdövsinin sözü də tarixdən bir namədi,
Türkün böyüklüyündən qəzəblənib nə dedi?
Yazdığı həm "Şahnamə", həm də "Turannamə"di,
Ey sonumu gözləyən, türk gün altda buz deyil,
Əriyib suya dönməz! Ərisə Təbriz deyil!
Bu zənciri qıracaq! Dözümü sonsuz deyil!

Sabir Rüstəmxanlı
Xalq şairi




Xəbər 2669 dəfə oxunub.




12.08.2025  15:59 

Bakıda dəhşətli qəza baş verib

12.08.2025  13:59 

“28 May“da avtobuslar toqquşub

12.08.2025  13:07 

Orta aylıq əməkhaqqı artıb

12.08.2025  13:03 

Sabahın havası açıqlandı

12.08.2025  13:00 

Hicran Hüseynova təltif olundu


BÜTÜN XƏBƏRLƏR +