Ukrayna ordusu Xarkov vilayətini müdafiə edir -Zelenski
Ukrayna hərbi bədheybətə çevrilir: bu gün elan etdiyi silah... - Foto
İstanbulda bərə ilə yük gəmisi toqquşub: XƏSARƏT ALANLAR VAR
PUA zərbəsi: 43 nəfər öldü
Özbəkistandan Ukraynaya NOTA
Marneulidə azərbaycanlı yeniyetmə DÖYÜLDÜ -VİDEO
Ukraynada əhalinin sayı aşağı düşüb
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
Ermənistan sürətlə inkişaf edir - AİB açıqladı
Tramp Ərdoğanla görüşəcək: TARİX AÇIQLANDI


03.01.2024  20:23 

Rəisi Ərdoğan görüşü... - Azərbaycana nə vəd edir?





A+  A-

Sabah – yanvarın 4-də Türkiyədə dünya güclərinin diqqətlə izləyəcəyi və Azərbaycan üçün də çox mühüm bir görüş keçiriləcək.

Söhbət İran prezidenti Seyid İbrahim Rəisinin Türkiyəyə planlaşdırılan, ciddi hazırlığı aparılan rəsmi səfərindən, prezident Rəcəb Tayyib Ərdoğanla görüşündən gedir.

Yayılan rəsmi məlumatlardan belə anlaşılır ki, hər iki ölkə arasında bir neçə istiqamətdə birgə əməkdaşlığı nəzərdə tutan mühüm müqavilələr imzalanacaq.

İslam coğrafiyasının gələcək taleyi xeyli dərəcədə bu iki ölkənin – Türkiyə və İranın ortaq qərarlarından, birgə əməkdaşlığından asılı olduğundan, qeyri-müsəlman güclər, xüsusilə də xristian Qərb dünyası həmişə bu iki ölkənin yaxınlaşmasının qarşısını almağa can atıblar.

Çünki yalnız Türkiyə və İranın yaxınlaşacağı, rəqiblərdən müttəfiqlərə çevriləcəyi halda, Qərbin möhkəmlənmək istədiyi çox strateji bir coğrafiyaya müsəlmanların özlərinin hakim olmaq imkanları artır, regiondan kənar güclərin bölgə xalqlarını məhv edən fitnə və “vəkalət savaşları”na son qoymaq fürsəti açılır.

İndiyədək ABŞ başda olmaqla, Qərb dünyası bu iki ölkə arasındakı tarixi ziddiyyətlərdən, xüsusən də ənənəvi məzhəb fərqindən yararlanaraq, onları daim üz-üzə gətirməyə, toqquşdurmağa və beləcə, hər ikisini zəiflətəməyə, digər qeyri-müsəlman güclər arasında müttəfiq axtarışlarına sövq etməyə və onlardan asılı hala salmağa nail olublar.

İndi isə hər iki ölkənin özünü müsəlman sayan və sağlam düşünməyi bacaran rəhbərliyi çox yaxşı anlayır ki, İslam dünyasının bir ola bilməməsinin məsuliyyəti həm də onların çiyinləri üzərindədir və onlar ortaq hərəkət etmədikcə, ümmətlərinə sahib çıxmadıqca, bölgədə tarixi Səfəvi-Osmanlı ziddiyyətini müasir dövrə daşımaq istəyənlərin planları həmişə uğur qazanacaq...

Üstəlik, müsəlman ümmətinə öz tarixi səhvlərindən dərs çıxarmaq və bir araya gəlməyin vacibliyini anlamaq üçün hər hansı bəhanəyə yer qoymayan Qəzza nümunəsi ortadaykən!

İki qardaş ölkənin - Türkiyə və İranın yaxınlaşmasını ən çox istəyən və bundan qazanan isə, şübhəsiz ki, həm də bizik – Azərbaycandır. Azərbaycanın İranla 765 km, Türkiyə ilə 15 km quru sərhədi var, Turkiyə-İran sərhədinin uzunluğu isə 534 km-dir.

Azərbaycanın 2020-ci il savaşından sonra təklif etdiyi “3+3” formatını da həm Türkiyə, həm İran, həm də Azərbaycanın başqa bir böyük qonşusu – 390 km quru sərhədinin olduğu, müsəlman əhalinin daha çox və rahat yaşadığı Rusiya da dəstəkləyir.

Yeri gəlmişkən, İran prezidentinin ardınca Rusiya prezidenti Vldimir Putinin də yanvarda Türkiyəyə səfəri planlaşdırılır, ancaq dəqiq tarix hələ açıqlanmayıb.

Ərdoğan-Rəisi, ardınca Ərdoğan-Putin görüşünün arzulanan sayaq gerçəkləşməsi 3 tarixi imperiya varisinin Cənubi Qafqazda yeni əməkdaşlıq platforması olan "3+3"-ün reallaşma perspektvlərinə ümidləri artırmaqla, bu üçlünün Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişinin əsas təminatçısı kimi çıxış etmək imkanlarını da xeyli gücləndirir!

Elxan Şükürlü

Redaksiyadan: Türkiyə ilə İran arasında yaxınlaşmanın əleyhinə olanlar bu gün Kirmandakı terrorla istəklərinə çatdılar: İbrahim Rəisinin Türkiyəyə yanvarın 4-ə planlaşdırılan səfəri növbəti dəfə qeyri-müəyyən müddətə təxirə salındı!

Xəbər 3662 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü

19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA

19.09.2025  22:44 

MTX-nin direktoru Bakıya gəldi

19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +