Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


07.07.2021  11:54 

Azərbaycan KTMT-də müşahidəçi statusu ala bilər





A+  A-

İyulun 1-də Düşənbə şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyası Şurasının görüşü keçirilib.
XəzərNews.az “haqqin.az”a istinadən xəbər verir ki, görüşdə KTMT-də tərəfdaş ölkələr institutunun yaradılması ilə bağlı qərar qəbul edilib.

Rusiya Dövlət Dumasının Mətbuat Xidmətinin verdiyi məlumata əsasən, bu təklifi Parlament Assambleyasının sədri, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin irəli sürüb.

Dumanın Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə tərəfdaş ölkələrə namizəd olan ölkələrin adlarını açıqlayıb.

Belə ki, KTMT-nin tərəfdaş ölkə statusuna ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır.

O vurğulayıb ki, hər iki ölkə KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını bildiriblər.

Vyaçeslav Volodin bildirib ki, tərəfdaş ölkələr KTMT strukturlarında həlledici səsə malik olmayacaqlar. Lakin bununla belə, bu ölkələr sənədlərin hazırlanmasında və kollektiv qərarların yaradılmasında iştirak etmək hüququna sahib olacaqlar. O deyib ki, dövlətlərə rəsmi tərəfdaş statusu vermək ölkələr arasında qarşılıqlı fəaliyyəti aktivləşdirmək imkanı yaradacaq.

Xəbər 4076 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +