Azərbaycanlı döyüşçü Moskvada həbs olundu
“Tamstore”da satışda olan kərə yağı yararsız çıxdı
Məlhəm Beynəlxalq Hospitalına sanksiya tətbiq edildi
Prezident “ŞƏT plyus” formatında görüşdə çıxış etdi
“Neftçi”dən inciməmişəm” - Qurban Qurbanov
Bulvarda dənizdə batan qadın xilas edildi
ATƏT-in Minsk qrupu rəsmən ləğv olundu
Bakıda bu ərazidə hər gün zibil yandırılır
Hindistandan Azərbaycana qarşı düşmən addım
Yasamalda sürücüləri narahat edən bərbad yol


12.12.2017  11:57 

Yağ yenidən niyə bahalaşdı? - VİDEO





A+  A-

Dekabrın 7-də ölkəyə idxal olunan kərə yağının qiymətinin düşəcəyi barədə xəbərdarlıq yayılmışdı.
Buna səbəb Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılmasıdır. Belə ki, indiyə qədər sözügedən rüsumlar bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən, bu mallar üçün tətbiq edilən rüsumlar bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib.

Ölkə başçısı İlham Əliyevin də kərə yağının qiymətinin düşməsi ilə bağlı xüsusi tapşırığı var idi.

Bəs, görəsən alıcılar qiymət düşməsini müşahidə ediblərmi?

XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əməkdaşları məsələni araşdırmaq üçün topdansatış və pərakəndə ticarət mərkəzlərinə baş çəkiblər.

Məlum olub ki, qiymətlərdə hələ dəyişiklik yoxdur, alıcılar iddia edir ki, əksinə, qiymətlərdə artım var. Topdansatış mağazasının satıcıları bildirir ki, kərə yağını bir ay bundan qabaq firmadan köhnə qiymətə götürüblər: “Biz mal və məhsulları bir aylıq götürürük. Yeni qiymətlərin necə olacağını isə bilmirik”.

Hazırda topdansatışda xaricdən idxal olunan, ən çox satılan yağların qiyməti aşağıdakı kimidir:

“Wellington”- 16.50 ( 1 kq)

“Westgold”- 8.80 (500 q)

“Anchor”- 16.20 (1 kq)

Satıcılar idxal yağlarından əlavə, son günlər yerli şirkət olan “Azərsun” yağlarının qiymətində artım müşahidə etdiklərini bildirirlər.

Supermarketlərdə də qiymətlərlə maraqlandıq:

“Makro market”:
“West Gold”, “Anchor”-16.90 qəpik, “Wellington”- 16.22 qəpik, “Valio”- 17.85 qəpik, “Elle Vire” isə 22 manat 40 qəpik.

“Araz” supermarketlərində isə yağın satış qiymətində 60 qəpik artım müşahidə olunur:

“Anchor”, “West gold”un qiyməti 17.50 qəp, “Wellington” isə 17.49 qəpikdir. “Elle Vire” yağı isə, əksinə 2 manat aşağı, yəni 20 manata satılır.

Satıcılarla söhbət zamanı məlum oldu ki, hələ ki yağın qiymətinin aşağı salınmasından söhbət getmir. Yalnız bayramla əlaqədar ay sonunda qiymətlərin düşməsi ehtimalı var.

Alıcılar da Nazirlər Kabinetinin qərarının hələ ki, marketlərdə tətbiq olunmamasından narazılıq edirlər.

“Elə əvvəl hansı qiymətə alırdıqsa, indi də o qiymətdir. Əksinə, qiymət qalxıb. Əvvəl 3 manat 30 qəpiyə aldığım “Dayaruşka” yağını indi 3 manat 80 qəpiyə almışam”.

Müğənni Nura Suri də sosial şəbəkədə “Megle” kərə yağının qiymətinin artdığını bildirib. O, qeyd edib ki, marketdən yağın 250 qramını 8 man 20 qəpiyə alıb.


Xəbər 4128 dəfə oxunub.




01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi

01.09.2025  13:58 

“Kriti“ Vüsal saxlanıldı

01.09.2025  12:21 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +