“Azərpoçt“ adından vətəndaşlara qarşı dələdəuzluq
Kino Agentliyinin 792 minlik tenderi ləğv edildi
Bakı bulvarında dənizdən meyit tapıldı
Narkotik asılılığı olan məşhur jurnalist müalicəyə başladı
İran gəmiləri Rusiya limanlarında saxlanılıb
Məşhur turizm şirkətindən 500 minlik dələduzluq
Santuş Azərbaycan millisindən uzaqlaşdırıldı
“Manato“ bir günə 100 manat faiz hesablayır
Xalq artisti reanimasiyaya yerləşdirildi
İranın Ermənistan sevdası: Uğursuz layihələrin davamı


19.06.2017  12:09 

Nigar yol polislərini sərt tənqid etdi - “…Çox qudurublar”





A+  A-

“Eurovision 2011” qalibi Nigar Camal Dövlət Yol Polisi əməkdaşlarını tənqid edib.
XəzərNews.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni sosial şəbəkədə bunları yazıb:

“DYP – axır zamanlar çox qudurublar. Daha susmaq istəmirəm. İdeal olmasam da həmişə qaydalara əməl etməyə çalışıram. Qaydanı da pozanda deyirəm ki, cəriməmi yazın. Sənədlərim də həmişə qaydasında olur. Amma bütün bunlara bizim DYP əhəmiyyət vermir. Onlar yollarda təhlükəsizliyi təmin etmək əvəzinə, özləri qaydaları pozurlar. Düz getdiyin yolda səni səbəbsiz yerə saxlayırlar. Xüsusilə axşam saatlarında ümumiyyətlə maşın sürmək mümkün deyil.

Yolda “inomarka” görən kimi arxasınca sürüb saxlatdırırlar. Birinci kobud formada kəmərə ilişirlər. Sonra da spirtli içkiyə. Əmin edirsən ki, spirtli içki qəbul etməmisən, sənədlərin də qaydasındadır. Belə olanda da deyirlər ki, sizin bir cəriməniz var, maşınınızı meydançaya götürməliyik. “Cərimənizi ödəyin” demək əvəzinə, maşını aparmaq, sürücülük vəsiqəsini almaq istəyirlər. Mənim sürücülük vəsiqəm Böyük Britaniyaya aiddir, alsan nə olacaq ki? Sadəcə, 20 dəqiqə yolda vaxt itirirsən".

N.Camal polislərin ona şər atdığını söyləyib:

"Səhər yenə saxlayırlar. Düşündük ki, yenə kəmərə ilişəcəklər. Amma bu dəfə qəsdən deyir ki, telefonla danışırdız. Soruşuram ki, siz telefonu harda gördüz? Deyir ki, əlinizdə tutmusuz. Telefonun arxa oturacaqda çantamda olduğunu göstərirəm. Çarəsiz qalanda da deyir ki, “Bəs siz polisin “saxla” əmrinə vaxtında əməl etməmisiz”. Kəmər, telefon, indi də sizin “müqəddəs taxta”nız?

İzah edirəm ki, yolda maşın onsuz da çoxdu, mən diqqətimi sizin sifətinizə yox, yola yönəltməyə çalışıram. 100 manat cərimə yazmaq istəyəndə də deyirəm ki, bayaqdan sizi kamera çəkirdi. Bunu eşidən kimi dərhal danışıq tonu dəyişdi, üzündə gülüş, zarafat. Məni də xoşluqla buraxdılar”.

Qeyd edək ki, müğənni daha sonra paylaşımını silib.

Xəbər 3026 dəfə oxunub.




08.09.2025  14:38 

Laçında traktor dərəyə aşıb

08.09.2025  13:15 

Sabahın hava proqnozu açıqlanıb

08.09.2025  10:49 

Bakıda mikravtobus qəzaya düşdü

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi


BÜTÜN XƏBƏRLƏR +