Biləcəridəki qəza: Ölənlər var
Əliyevlə şəkil çəkdirmək üçün növbəyə dururlar...
Astarada 15 nəfər zəhərləndi
Kafedə mənşəyi məlum olmayan qida aşkarlanıb
Piyadanı vuran sürücünü döydülər
Azərbaycanın neft zavodu Rusiyaya görə sanksiyaya məruz qaldı
AYNA-nın yığdığı pullar hara gedir, hara xərclənir? - Deputatdan açıqlama
Avtobuslara 15 faiz idxal gömrük rüsumu müəyyənləşib
Prezident bu yolların tikintisi ilə bağlı pul ayırdı
Rusiya Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklayıb


22.02.2017  12:19 

Novruz Məmmədov: “Dünya birliyinin səmimiliyi harada qaldı?!“





A+  A-

"Son 200-300 il ərzində regionda aparılan siyasət Azərbaycan əleyhinə yönəlib, Azərbaycan torpaqları işğal edilib, soydaşlarımız öz doğma yurdlarından didərgin düşüb".
Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda beynəlxalq konfransda çıxışı zaman deyib.
N.Məmmədov qeyd edib ki, bu siyasətin davamı olaraq Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal edilib, Ermənistandan 250 min azərbaycanlının qovulması və Azərbaycanda yaşayan insanların öz doğma yurdlarından didərgin düşməsi nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün yaranıb.
PA rəsmisi bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yüz minlərlə hektar münbit torpaqlarımız var və Azərbaycan o torpaqlardan istifadə edib öz iqtisadiyyatını inkişaf etdirə bilmir:
“Bu ərazilərdə məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bunların mənəvi zərərini qiymətləndirmək mümkün deyil. Dünya birliyi niyə bir milyondan artıq əhalinin fundamental hüquqlarının pozulması haqqında danışmır?! Bəs bunların səmimiliyi harada qaldı?! Biz indi onlara necə inana bilərik?! Azərbaycanın ərazi bütövlüyü pozulub. Bunu bütün beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər qəbul edirlər, ancaq heç bir tədbir görmürlər. Ermənistana qarşı sanksiyalar tətbiq edilə bilinərdi, ancaq bu barədə düşünən yoxdur. Onlar ancaq öz maraqlarını güdürlər, iqtisadi, siyasi və geosiyasi maraqlarını güdürlər".
N.Məmmədov deyib ki, Azərbaycan dünyanın geosiyasi baxımdan mühüm bir hissəsində, böyük dövlətlərin maraqlarının toqquşduğu regionda yerləşir:
"Ona görə də müəyyən təzyiqlərə məruz qalırıq. Ancaq bütün bu təzyiqlərə baxmayaraq, 25 il müharibə şəraitində olmağımıza baxmayaraq, Azərbaycan həm siyasi baxımdan, dünyanın enerji təhlükəsizliyini təmin etməklə, həm də idman sahəsində beynəlxalq aləmə böyük töhfələr verir".

(trend.az)

Xəbər 3876 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.09.2025  19:02 

Astarada 15 nəfər zəhərləndi

05.09.2025  09:45 

Kamçatkada zəlzələ baş verib

04.09.2025  16:24 

Səfirimiz geri çağrıldı


BÜTÜN XƏBƏRLƏR +