“Görüş”də normativ tələblər pozulub
Yanukoviç indi niyə üzə çıxıb? - ŞƏRH
Donald Tramp “həyəcanlı“ açıqlama verəcək
“Azərkosmos“ 32,25 milyon manat zərər edib
Finlandiyada öldürülən azərbaycanlı iki uşaq anası olub
Cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub
Ramazan Kadırov yeriyə bilmir
Sabahın hava proqnozu açıqlandı
10 aylıq körpəyə soda verdilər, öldü
Turizm Agentliyi niyə özünü gülüş obyektinə çevirir?


22.02.2017  11:02 

Qubanın başçısı Hesablama Palatası üçün 50 min manat yığdırıb? - Sensasion ittihamlar





A+  A-

Hesablama Palatasından Quba rayonuna yoxlama gəlib. Rayona ayrılmış büdcə pullarının mənimsənilməsini ört-basdır etməkdən ötrü gələn komissiyaya rüşvət vermək üçün bütün rayon miqyasında pul yığılıb”.
XəzərNews.az xəbər verir ki, bunu vəkil Aslan İsmayılov Feysbuk səhifəsində yazıb. Onun sözlərinə görə, rayonun təhsil idarəsinə 50 min manat toplamaq tapşırılıb:

“Həmin idarə də məktəb direktorlarından 1000-2000 manat arası toplayır. Yəni şagirdlərin sayından asılı olaraq”.

Vəkilin yaydığı məlumatdan belə aydın olur ki, icra başçısı Yaşar Məmmədov 50 min manat “tas” qoyub və məktəbləri soyub.

Düzdür, Hesablama Palatası artıq yoxlamalar aparıb və nəticələr açıqlanıb. Amma hüquqşünasın açıqladığı iddia araşdırılmayıb.

Görünən odur ki, yerli məmurlar Hesablama Palatasının yoxlamalarından bir o qədər də narahat deyillər. Əgər belə olmasaydı, qurumun öncəki illərdə apardığı auditlər nəticəsində yeyintilərin üzə çıxarıldığı rayonlarda həyata keçirilən yeni təftifşlərin sonucları fərqli olardı.

Amma belə görünür ki, həmin rayonlarda “köhnə hamam, köhnə tas” prinsipi işləyir: Hesablama Palatası gəlir, yoxlayır, gedir, nəticələri Milli Məclisə bildirir.
Səbəb aydındır: əksər şəhər və rayonların icra başçıları daha yüksək çinli məmurların himayəsində olduqlarından özlərini toxunulmaz sayır və dövlət vəsaitləri ilə istədikləri kimi rəftar etməyə davam edirlər.

Rəsmi məlumata görə, Quba Rayon İcra Hakimiyyəti (RİH) üzrə vəsaitlərin uçotu və maliyyə hesabatlarının tərtibi zamanı qüvvədə olan təlimatın tələblərinə əməl olunmayıb, kapital qoyuluşuna yönəldilən vəsaitlərin isə ümumiyyətlə uçotu aparılmayıb.

Audit 2014-2015-ci illərdə Quba RİH tərəfindən Afurca kənd 120 və Qımılqışlaq kənd 220 şagird yerlik tam orta məktəblərinin tikintisi, Quba rayonu Rustov-Xanəgah-Gürdah, Rustov-Nöydün-Şuduq, Rustov- Məcgəxacə, Rustov-Bağçəli-Yekdar avtomobil yollarının tikintisinə istifadə olunan ümumilikdə 19710,4 min manat vəsaiti əhatə edib.
Müəyyən edilib ki, Quba RİH “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl etməyib.

Belə ki, layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb.

Hesablama Palatasının Kollegiyası Quba RİH tərəfindən yol verilmiş nöqsanların əsasən audit zamanı aradan qaldırılmış nöqsanlar nəzərə alınmaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması barədə qərar qəbul edib, icra edilməsi və görülmüş tədbirlər haqqında Hesablama Palatasına məlumat verilməsi üçün Qərarın surəti Quba RİH-ə və “Azəravtoyol” ASC-yə göndərilib.

“Azəravtoyol” ASC tərəfindən təqdim edilmiş məlumatlara görə, trassanın dəyişdirilməsi, tikinti işlərinin dağ şəraitində yerinə yetirilməsi, asfalt-beton işlərinin qış fəslində aparılması nəzərə alaraq başa çatdırılmamış işlərin dəyəri müəssisədə avans kimi uçota alınıb.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəbər 5259 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.09.2025  13:23 

Ramazan Kadırov yeriyə bilmir

02.09.2025  12:55 

Sabahın hava proqnozu açıqlandı

02.09.2025  10:40 

Ukrayna Rostova hücum edib

01.09.2025  17:44 

Dəlixanada meyit aşkarlandı

01.09.2025  16:49 

Teymur Musayev nazirlikdən getdi


BÜTÜN XƏBƏRLƏR +