7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


06.08.2025  16:18 

Biləcəridə küçə ticarəti narazılıq yaratdı





A+  A-

Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində küçə ticarəti ilə məşğul olan şəxsin fəaliyyəti yerli sakinlərin narazılığına səbəb olub.

XəzərNews.az xəbər verir ki, avtosfer.az-a daxil olan şikayətdə bildirilir ki, həmin şəxs həm yolun hərəkət hissəsini, həm də səkini zəbt edərək vətəndaşların və sürücülərin gediş-gəlişinə ciddi maneə yaradır.

Vətəndaşın sözlərinə görə, həmin şəxs səhər saatlarından axşamadək yolun kənarında qarpız və yemiş satmaqla yanaşı, ərazidə antisanitariya vəziyyəti yaradır. Şikayətdə qeyd olunur ki, məhsulların saxlandığı və satıldığı sahədən yayılan pis qoxular ərazidən keçən sakinləri narahat edir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Avtosfer.az-a bildirib ki, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində küçə ticarəti ilə bağlı hüquqazidd hal polis əməkdaşları tərəfindən aradan qaldırılıb:

“Qanunsuz küçə ticarəti ilə məşğul olan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq tədbir görülüb”.

Xəbər 2962 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +