Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


19.08.2025  15:52 

Putin Zelenski ilə görüşməyə razılıq verdi - Rubio





A+  A-

Rusiya prezidenti Vladimir Putin dünən axşam amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyə hazır olduğunu bildirib.

XəzərNews.az xəbər verir ki, bu barədə Amerikanın dövlət katibi Marko Rubio bildirib.

“Putinin "Əlbəttə, Zelenski ilə görüşəcəm" deməsinin özü artıq əhəmiyyətlidir. Onların danışıqlardan ən yaxşı dost kimi çıxacağını və ya sülh sazişi bağlayacağını gözləmirəm. Amma indi münaqişə tərəfləri bir-biri ilə danışır - bu, son 3 ildə baş verməyib", - Marko Rubio “Fox News” telekanalında deyib. Onun sözlərinə görə, ABŞ belə bir görüşün təşkili üçün çalışır.

Donald Tramp Ağ Evdə Ukrayna prezidenti və Avropa liderləri ilə danışıqlardan sonra Vladimir Putinə zəng edərək müzakirələrin təfərrüatlarını açıqlayıb. Daha sonra Amerika prezidenti Rusiya və Ukrayna prezidentləri arasında şəxsi görüş təşkil etmək planlarını açıqlayıb. Gələcəkdə cənab Trampın iştirakı ilə üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

Xəbər 377 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +