Ərəb turistlər Azərbaycan xalqından üzr istədi
Azərbaycanlı jurnalist təltif olundu
Prezident və birinci xanım Gəncədə...
Niyaməddin Orduxanlı Baş katib təyin olunub
Məşhur milyarder oğluna Azərbaycanda toy edəcək
Şıxlinskinin oğlunu 10 il həbs gözləyir
Qız şəkilləri bəyənən kişini sevgilisi döydü
“Kontakt Home”nin “Qızıl Zəmanət”i müştəriləri tələyə salıb
Sabah hava necə olacaq?
“Azərsu“nun dövlətə külli miqdarda vergi borcu yarandı


19.08.2025  11:44 

Lebedev Azərbaycan və Ermənistan arasında sülhdən danışdı





A+  A-

MDB ümid edir ki, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış sənədlər sülh sazişi üçün əsas olacaq.

XəzərNews.az TASS-a istinadən xəbər verir ki , bunu MDB-nin baş katibi Sergey Lebedev Birliyə üzv dövlətlərin MDB-nin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbəti iclasından əvvəl deyib.

"Birlik ölkələrində hamımız Qırğızıstan və Tacikistan arasında dövlətlərarası sərhəd haqqında müqavilənin imzalanmasından necə məmnun idiksə, indi də biz Birlik ölkələrində bu birgə bəyannamənin imzalanmasından çox məmnunuq. Hesab edirik ki, bu, fikir ayrılıqlarının yekun həlli, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əldə olunması yolunda mərhələlərdən biridir", - deyən Lebedev əlavə edib ki, sülh sazişi bu respublikaların ərazisində MDB-nin ali orqanlarının daha tam hüquqlu iclaslarının keçirilməsinə imkan verəcək.



Xəbər 340 dəfə oxunub.




20.08.2025  16:16 

“Respublika” qəzeti bağlandı

20.08.2025  12:45 

Sabah hava necə olacaq?

20.08.2025  12:33 

Xalq artisti qızını polisə verdi


BÜTÜN XƏBƏRLƏR +