İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər
Məktəb direktoru ilə bağlı araşdırma başlanıldı
Rusiyanı yalnız Çin dayandıra bilər - Tramp
Trampın mövqeyi Rusiyada eşidilmir - Zelenski
Bu proses hansı məhsulların qiymətini artıra bilər?
Mən Putinin alovlu döyüşçüsüyəm! - Kadırov
“Formula-1“ başlayır - Bakıda
Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO


08.08.2025  16:43 

Adil Əliyev 5 nəfəri işdən çıxartdı





A+  A-

Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) bir neçə əməkdaşı vəzifədən azad edilib.

XəzərNews.az xəbər verir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı rayonun icra başçısı Adil Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, bir neçə ay əvvəl Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə müdir təyin olunan Mütəllim Astanov vəzifəsindən azad olunub.

Eyni zamanda, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Azad Əzizov, həmin şöbənin baş məsləhətçisi Fidan Xankişiyeva, eləcə də İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Çingiz Cəfərov və Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi (memar) Elmar Abbasov tutduqları vəzifədən azad ediliblər.

Qeyd edək ki, RİH-də yenicə təyin olunduğu vəzifədən azad edilən 1982-ci il təvəllüdlü Mütəllim Astanov əvvəllər Sumqayıt şəhəri, 1 saylı ərazi dairəsi üzə icra nümayəndəsi vəzifəsində çalışıb. O, "Az Motor Doktor” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Dağbəyi Astanovun oğludur.

Xəbər 1148 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb


BÜTÜN XƏBƏRLƏR +