Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu


25.09.2020  14:26 

Qanunsuz balıq ovlayan saxlanıldı





A+  A-

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Zirə qəsəbəsinin Xəzər dənizi sahilində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.
ZEkologiya və Təbii Sərvətlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

Araşdırma zamanı brakonyerin Rusiya vətəndaşı Elxan Bağırov olduğu və təbiətə 1056 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ondan istifadəsi qadağan olunan ov alətləri və müxtəlif növ balıqlar götürülüb.

B.Məhəmmədov qeyd edib ki, təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Xəbər 3879 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +