“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


18.08.2025  20:49 

Fransa azərbaycanlı uşaqları Almaniyaya qaytardı





A+  A-

Azərbaycan Respublikasının vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladının qəyyumluğunun valideynlərdən alınması ilə bağlı Almaniya məhkəməsinin qərarına uyğun olaraq, Fransa tərəfi, ərazisində müvəqqəti saxladığı azyaşlı uşaqlar Abdullayev Dəniz Məhəmməd oğlu və Abdullayev Araz Məhəmməd oğlunun Almaniya tərəfinə geri qaytarılması ilə razılaşıb.

XəzərNews.az xəbər verir ki, məlumatı Azərbaycanın Fransadakı səfirliyi yayıb.

Haqqında bəhs edilən uşaqlar, 18 avqust 2025-ci il tarixində Almaniyadan gələn nümayəndələrin müşayiəti ilə bu ölkəyə geri qaytarılıb.

Qeyd etmək istərdik ki, Almaniyada dünyaya gələn iki azyaşlının valideynlərinə qaytarılması üçün bundan sonrakı mərhələdə Almaniya hüquq müstəvisində müvafiq tədbirlər görüləcəkdir.

Mövcud durumda həm Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliyi, həm də Azərbaycan Respublikasının Diaspor ilə İş üzrə Dövlət Komitəsi vasitəsilə vətəndaşlara hüquqi dəstək göstəriləcəkdir.

Yaranmış bu vəziyyət ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının vətəndaşlarına müraciət edərək israrla xahiş edirik ki, xarici ölkələrdə bu kimi hallarla üzləşdikləri zaman dərhal Azərbaycanın bu ölkədəki səfirliyinə xəbər versinlər. Səfirliyin öncədən məsələ ilə məlumatlı olması, vaxtında tədbirlərin görülməsinə və hadisələrin arzuolunmaz istiqamətdə inkişafının qarşısının alınmasına imkan yaradır.

Xəbər 944 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +