“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


03.07.2025  14:27 

Prezident Rəşid Meredovu Xankəndidə qəbul etdi





A+  A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.

XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, Rəşid Meredov Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmən xalqının Milli Liderinə, Türkmənistan Prezidentinə və qardaş türkmən xalqına çatdırmağı xahiş etdi.

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Qarabağda aparılan bərpa və quruculuq işlərinin onda böyük təəssürat yaratdığını deyərək, bu bölgənin təbiətinin gözəlliyinə valeh olduğunu bildirdi.

Görüşdə azərbaycanlılarla türkmənlərin ortaq etnik kökləri, tarix və mədəniyyət bağlantılarına malik iki qardaş xalq olduğu bir daha vurğulandı. Ölkələrimiz arasında energetika, nəqliyyat, mədəniyyət, humanitar, elm, təhsil və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı. Xüsusilə Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin, Türkmənistanda isə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsi qeyd olundu.

Xəbər 413 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +