Bu yolda hərəkət məhdudlaşdırılır
Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”
Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb
Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda


03.04.2024  13:04 

Xaricdə yaşayan azərbaycanlı alimlərdən necə faydalana bilərik? - Millət vəkili açıqladı





A+  A-

“Xarici ölkələrin üniversitetlərində xeyli sayda azərbaycanlı alimlər çalışırlar”.

Xəzərnews.az xəbər verir ki,Bu fikirləri Diaspora.tv-ə açıqlamasında Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib. Onun sözlərinə görə, bəlli elm mərkəzlərində də azərbaycanlılar var:

“Hesab edirəm ki, onlar qısa müddət ərzində bəlli bir gücə çevriliblər. Həmin alimlərlə əlaqələrin təşkilati əsasda qurulması ümumi strateji məqsədlərimizə fayda verərdi. Bu sahədə addımlar nələr ola bilər? İlk növbədə xarici ölkələrdə yaşayan azərbaycanlı alimlərin ya ölkəmizdə, ya da digər bir ölkədə I Forumunu, toplantısını, məclisini keçirmək olar. İkincisi, xarici ölkələrdə diaspor təşkilatlarının toplantılarına azərbaycanlı alimlərin dəvət edilməsi faydalı olardı. Üçüncüsü, ölkəmizdə keçirilən beynəlxalq toplantılara azərbaycanlı alimlərin dəvət olunması yalnız fayda verərdi. Adlarını çəkmək istəmədiyim bəzi ölkələrdə bu üsuldan istifadə edirlər. Nəhayət, bilirsiniz ki, bu il həm Qarabağ Universiteti, həm də Azərbaycan-Türkiyə Universiteti yaradılır. Onların təşkilində, dərs verilməsində azərbaycanlı alimlərin dəvət edilməsi faydalı olardı. Əlbəttə, yollar çoxdur. İş prosesində onları araşdırmaq və hansının daha çox faydalı olacağını müəyyənləşdirmək mümkündür”.

Zəfər
Diaspora.tv




Xəbər 3206 dəfə oxunub.



12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +